Bakıdan Nyu-Yorka uçmalı olan təyyarə niyə gecikir? – HAVA LİMANINDAN BİABIRÇI GÖRÜNTÜLƏR

Bu gün səhər saat 05:00-da Bakıdan Nyu-Yorka uçmalı olan təyyarədə nasazlıq yaranıb. Sərnişinlərin Muxalifet.az-a verdiyi məlumata əsasən, artıq 3 saatdan artıq gecikmə olsa da, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının rəhbərliyi məsələyə tamamilə biganə yanaşır. Belə ki, sərnişinlərə uçuşun nə vaxt baş tutacağı haqda heç bir dəqiq məlumat verilmir. Sadəcə o deyilib ki, Nyu-Yorka uçmalı olan “Boeing 787 8 Dreamliner” təyyarəsində nasazlıq yaranıb, Londondan yeni təyyarə gəlməsini gözləyirlər. Daha sonra isə bildiriblər ki, Londondan təyyarə gələsi olmadı, hazırda nasaz olan təyyarə təmir olunur...
Qeyd edək ki, təyyarənin gecikməsi səbəbindən sərnişinlər Hava Limanının gözləmə zalında yerdə yatmalı olublar. Beynəlxalq Hava Limanının rəhbərliyi tərəfindən hətta körpələrə belə, heç bir qayğı göstərilməyib. Gözləmə zalından çəkilən video və fotoları təqdim edirik: