ATƏT nümayəndəsi Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb
11-09-2017 19:23

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir azərbaycanlı jurnalist və media eksperti Mehman Əliyevin həbsdən azad olunmasına dair bəyanat yayıb.
ATƏT-in saytının verdiyi məlumata görə, o bu müsbət addımı alqışladığını bildirib və səlahiyyətli şəxsləri Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb: “Media azadlığı ofisi məsələni yaxından izləməyə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.