Axtarış
The search found 105779 results in 0.118 seconds.
Search results
Avropa Şurasının baş katibi Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb
Avropa Şurasının baş katibi Torbyörn Yaqland “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad edilməsi ilə bağlı qərarı alqışlayıb.
Bu barədə Avropa Şurasının bəyanatında deyilir.
Baş katib bu müsbət addımı alqışladığını bildirib və Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb.Muxalifet - 11-09-2017
Западу в это трудно поверить, но сирийская война заканчивается, и Асад в ней побеждает
Avropada daha bir Azərbaycan futbol klubu yaradılıb
Komandanın adı “AZE Nakhchivan”dır
Almaniyanın Köln şəhərində “AZE Nakhchivan” SK adlı futbol klubu yaradılıb.
Komanda Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə təşkil edilib.Muxalifet - 12-09-2017
Mərdəkanda zəncirvari qəza: 2 nəfər ölüb, 9 yaralı - FOTO
Hadisə nəticəsində yaralanan 58 yaşlı qadın bu gün dünyasını dəyişib
Sentyabrın 11-i gecə saatlarında paytaxtın Xəzər rayonu ərazisində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Mərdəkan qəsəbəsində 3 avtomobilin toqquşması nəticəsində yaralanan 10 nəfərdən 1-i – 1959-cu il təvəllüdlü Abdullayeva Sevda Xudaverdi qızı 3 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.Muxalifet - 12-09-2017
Bu gün "Qarabağ" Çempionlar Liqasında ilk oyununa çıxacaq
Ağdam klubunun rəqibi London Çelsisi olacaq
Bu gün "Qarabağ" komandası Azərbaycan tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü üzrə qrup mərhələsində mübarizəyə başlayacaq.
Ağdam klubu İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olacaq. C qrupunda yer alan komandaların görüşü "Stemford Bric" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Görüşü Tasos Sidiropulosun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edəcək.Muxalifet - 12-09-2017
Bir milyona yaxın kataloniyalı referenduma dəstək mitinqi keçirib
İştirakçılar tədbiri Kataloniyanın Milli gününə həsr ediblər
Barselonada bir milyona yaxın insan Kataloniyanın öz müqəddəratını təyin etməsinə dair qarşıda gözlənilən referendumu dəstəkləəmək üçün küçələrə çıxıb.
İştirakçılar tədbiri Kataloniyanın Milli günü sayılan Diadaya həsr ediblər və öz aksiyalarının şüarını "Referendum demokratiyadır" adlandırıblar.Muxalifet - 12-09-2017
Bakıda avtobus yük maşını ilə toqquşub: 8 nəfər xəsarət alıb - FOTO
Hadisə Biləcəri qəsəbəsində baş verib
Bakının Binəqədi rayonunda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.
Hadisə Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qeydə alınıb.
159 saylı marşut xətti üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusu üzü Biləcəri istiqamətində gələn zaman ağır tonnajlı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə avtobusda olan sərnişlərin 8 nəfəri müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların siyahısı:Muxalifet - 12-09-2017
BMT TŞ KXDR-yə qarşı yeni sanksiyalar qərarı verdi
Şimali Koreyaya neft məhsulları tədarükünə məhdudiyyət qoyulacaq
BMT Təhlükəsizlik Şurası KXDR-yə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnamə qəbul edib. Bu, Pxenyanın idxal və ixrac imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.
RİA "Novosti" xəbər verir ki, 2375 saylı müvafiq qətnamə Nyu-York vaxtı ilə bazar ertəsi axşam (Bakı vaxtı ilə çərşənbə axşamına keçən gecə) yekdilliklə qəbul edilib.Muxalifet - 12-09-2017
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub - FOTO
Bir neçə mənzil yanıb
Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.Muxalifet - 12-09-2017
Almaniya Türkiyədən silah tədarükünü dayandırıb
Tərəflər arasında mövcud olan müqavilələr dondurulub
Almaniya iki ölkə arasındakı münasibətlərində yaranan böhran səbəbindən Türkiyədən silah tədarükünü dayandırıb. Tərəflər arasında mövcud olan müqavilələr dondurulub.
Bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib.
"Bizim əslində NATO üzrə tərəfdaşa tədarük həyata keçirmək öhdəliyimiz var, amma biz demək olar ki, hər şeyi tamamilə dondurmuşuq", - deyə nazir bildirib.Muxalifet - 12-09-2017
Qurban Qurbanov: "Çelsi" ilə oyunda hücum etməkdən çəkinməyəcəyik"
Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq
“Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir".
Bunu sabah Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında Londonda "Çelsi" ilə qarşılaşacaq “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib.Muxalifet - 12-09-2017
22 yaşlı gənc intihara cəhd etdi - CƏNGƏLİ QARNINA SOXUB
Zaqatalada 22 yaşlı gənc özünə xəsarət yetirib.
Zaqatala Mərkəzi rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gün axşam saat 21 radələrində rayonun Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Elvin Akif oğlu Abdullayev qarın nahiyəsinin kəsilmiş-cırılmış yarası xəsarəti ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, 22 yaşlı Elvin Abdullayev hələ ki məlum olmayan səbəbdən çəngəl ilə özünə xəsarət yetirib. Hazırda MRX-da Elvin Abdullayevin müayinəsinin aparıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 12-09-2017
163-cü maddə: Mehman Əliyevə nə olar, nə olmaz?
Xəbər veriyimiz kimi, Yasamal Rayon Məhkəməsinin bugünki qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barədə seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Bəs, ev dustaqlığı qətimkan tədbiri nədir? Barəsində bu növdə qətimkan tədbiri seçilən şəxsin hansı hüquqları olur, hansılar məhdudlaşdırılır?
Ev dustaqalığı ilə bağlı məsələ Cinayət-Prosessual Məcəllədə öz əksini tapıb. Məcəllənin 163-cü maddəsi ev dustaqlığına həsr olunub. Maddədə ev dustaqlığının tərifi belə verilir:Muxalifet - 12-09-2017
İraqın 90 faizi terrorçulardan təmizləndi
İraq ərazisinin 90 faizi İŞİD terrorçularından təmizlənib.
Bu barədə İraq Baş nazirinin müavini Səid əl-Xadici məlumat verib.
O bildirib ki, İŞİD qısa zamanda nəzarətində olan torpaqlardan çıxarılıb: “İraq ordusu ölkədə terrorçuluğun qarşısını almağa tam hazırdır”.
Xadici əlavə edib ki, arıt 2,2 milyon qaçqın yurdlarına geri dönüb.Muxalifet - 12-09-2017
Ərdoğandan TƏKLİF: Türkdilli dövlətlərin vahid universiteti yaradılsın
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərindən sonra türkdilli dövlətlərin vahid universitetinin yaradılması təklifini irəli sürüb.
Trend-in məlumatına görə, Türkiyə lideri belə bir vahid universitetin yaradılmasının türkdilli ölkələrin marağına cavab verdiyini qeyd edib.
R.T.Ərdoğan deyib: "Bütün türkdilli ölklər, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə daxil olmaqla yeni universitetin təsisçiləri ola bilərlər".
Qeyd edək ki, Türkiyə prezidenti sentyabrın 8-10-da Qazaxıstanda səfərdə olub.Muxalifet - 12-09-2017
Yeznə baldızını bıçaqladı - MAŞTAĞADA
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Maştağa qəsəbəsində yaşayan 50 yaşlı Yeganə Yəhyabala qızı İbrahimova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Yaralı dərhal əməliyyat olunub. Həkimlər sinə nahiyəsindən bıçaqlanan Yeganə İbrahimovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Xəstəxandan hadisə barədə 14-cü Polis bölməsinə məlumat verilib. Polis əməkdaşları dərhal araşdırmalara başlayıblar.Muxalifet - 12-09-2017
Xəqani Abdullayev Mərkəzi Bankın sədr müavinliyindən istefa verdi - SƏBƏB...
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.
X. Abdullayev bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.
Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.
Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb./apaMuxalifet - 12-09-2017
“Üç gün əvvəl Saakaşvili ilə görüşdük, dedi ki...” – Azər Süleymanov
Gürcüstan parlamentinin deputatı, sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkar Partiyasının funksioneri Azər Süleymanovla teleqraf.com-a müsahibə verib. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir:
- Azər müəllim, partiyanızın sədri Mixail Saakaşvili Ukraynaya daxil ola bilib. Vəziyyəti necə qiymətləndirirsiniz?
Muxalifet - 12-09-2017
Saakaşvilinin xanımı ilə oğlu Kiyevə uçdu - FOTO
Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rufols və oğlu Mixail Lvovdan Kiyevə uçublar.
“Strana.ua” saytının verdiyi məlumata görə, həyat yoldaşından fərqli olaraq S. Rufols təzyiqlə üzləşməyib.
Qeyd edək ki, M. Saakaşvili sentyabrın 10-da öz tərəfdarları ilə birlikdə Ukraynaya qayıdıb. Saakaşviliyə qarşı cinayət işi başlanılıb, o, 2 il müddətinə azadlıqdan məhrum oluna bilər.Muxalifet - 12-09-2017
"Mehman Əliyevin azadlığa buraxılması çox xoş xəbərdir" - Niderland səfiri
O, Azərbaycan Prezidentinə təşəkkür edib
""Turan" agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılması çox xoş xəbərdir".
Bunu jurnalistlərə açıqlamasında Niderlandın Azərbaycandakı səfiri Onno Kervers deyib.
O, Azərbaycan Prezidenti və Azərbaycanın yüksək rütbəli rəsmilərinə bu addıma görə təşəkkür edib.Muxalifet - 12-09-2017