Moldova səfirliyinin avtomobili qəzaya düşüb - BAKIDA
11-09-2017 10:41

Bakıda səfirlik avtomobili qəzaya düşüb.
Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Moldovanın Bakıdakı səfirliyinə məxsus “Toyota Prado” markalı, 040 D 001 dövlət qeydiyyat nişanlı avtomobil “İnfiniti” markalı, 10 KH 066 dövlət nömrə nişanlı maşınla toqquşub.
Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.
Faktla bağlı Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdıra aparılır./apa