39 yaşlı Lənkəran sakini özünü tövlədə asdı

Lənkəranda yerli sakin özünü asaraq intihar edib.
 
Hadisə rayonun Mamusta kəndində baş verib.
 Belə ki, həmin kəndin sakini, 1978-ci il təvəllüdlü Anar Etibar oğlu Qulamov yaşadığı evin həyətindəki tövlədə özünü iplə asaraq intihar edib.
 Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.