Axtarış
The search found 105779 results in 0.025 seconds.
Search results
Kişi həyat yoldaşının boğazını kəsib - BAKIDA
Bakıda ər həyat yoldaşının boğazını kəsib.
Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayon sakini Əfqan Ağayev aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Lalə Ağayevaya boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. L. Ağayeva xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənik törədən Ə. Ağayev saxlanılıb.Muxalifet - 7-09-2017
Parkda qəfləti ölüm olub - BAKIDA
Bakıda parkda ölüm olub.
Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küsçəsi 65 ünvanında yerləşən parkda istirahət edən 1956-cı il təvəllüdlü Arif Rəfiyev qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır./apaMuxalifet - 7-09-2017
Yol polisi avtomobili qəza törədib - BAKIDA
Bakıda yol polisi avtomobili sığorta şirkətinə məxsus maşınla toqquşub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus, polis inspektoru Nizami Məmmədovun idarə etdiyi 99 YP 496 dövlət qeydiyyat nişanlı avtomobil, “Azsığorta” ASC-ə məxsus, Natiq Məmmədovun idarə etdiyi “Toyota Prado” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-09-2017
2 xarici şirkət Azərbaycan bazarını tərk edib
İki xarici şirkət Azərbaycandakı nümayəndəliyini ləğv edib.
"Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verilir ki, "Interex Service Group LLP" Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İsmayıllı bəy Qutqaşınlı küçəsi, ev 1B, mənzil 12 ünvana bildirə bilərlər.Muxalifet - 7-09-2017
Qubada 36 yaşlı kişi özünü asıb
Quba rayonunda inbtihar hadisəsi baş verib.
Rayonun Ördüc kənd sakini, 1981-ci il təvəllüdlü Hikmət Mövlüdşah oğlu Sultanov özünü qonşuluqda yaşayan nənəsinin həyətindəki tövlədə asaraq intihar edib.
Fakla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.Muxalifet - 7-09-2017
Rus-erməni vahid ordusu Qarabağa girə bilərmi?
Ermənistan-Rusiya vahid hava hücumundan müdafiə sisteminə Ermənistanın Baş Qərargah rəisi Movses Akopyan rəhbərlik edəcək.
Bunu Ermənistan parlamentində çıxışı zamanı Ermənistan Müdafiə nazirinin müavini Artak Zakaryan söyləyib. Nazir müavini deputatlardan birinin “bu sistem rus sülhməramlılarının Qarabağa gətirilməsinə səbəb olacaqmı?” sualına “yox” cavabı verib:Muxalifet - 7-09-2017
ƏLİ HƏSƏNOV BU AİLƏNİ TƏMİNAT ALTINA ALDI – Ailəyə ev, maşın…
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin törətdiyi avtomobil qəzasında dünyasını dəyişən şəxsin ailəsini təminat altına alıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, qəza zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə birlikdə avtomobildə olan və dünyasının dəyişən Mehdi Əliyevin ailəsinə Əli Həsənov tərəfindən maddi yardım göstərilib.Muxalifet - 7-09-2017
Kürdə batan oğlanın cəsədi tapıldı
Yevlaxda Kür çayında azyaşlı uşaq batıb.
"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda 1 azyaşlı Kür çayında batıb.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Saat 07:00-da axtarış işlərinə başlanılıb. Əlavə məlumat veriləcək.
***Muxalifet - 7-09-2017
Lütfi Zadənin nəşi Azərbaycana gətirilir - Varisindən açıqlama
Lütfi Zadənin nəşi Azərbaycana gətirilir
Xəbər verdiyimiz kimi, dünya şöhrətli azərbaycanlı alim, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib.
Qafqazinfo.az Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı onun yaxın qohumu, xalası qızı Cənnət Səlimova ilə əlaqə saxlayıb.
Xalq artisti bildirib ki, Lütfi Zadə sağlığında Bakıda dəfn olunmağı arzu edib:
“İstəyirdi ki, Bakıda dəfn olunsun. Oğlu da deyir ki, atam necə istəyibsə, elə də olacaq”.Muxalifet - 7-09-2017
Dəmiryolçular 2 aydır maaş ala bilmir - AÇIQLAMA
Maliyyə böhranının ən çox təsir etdiyi sahələrdən biri "Azərbaycan Dəmir Yolları" QSC olub. Böhrandan sonra idarədə kütləvi ixtisarlar aparılıb, "Azərbaycan Dəmir Yolları"nın balansındakı 10 xəstəxana və tibb müəsissəsi bağlanıb.
Muxalifet - 7-09-2017
Rusiyadan Azərbaycana gözlənilməz ittiham
Rusiyanın Mərkəzi Bankı gözlənilmədən Azərbaycanı hasilatın azaldılmasına dair OPEC+ razlaşmasını (OPEC üzvü olan ölkələr və kartelə daxil olmayan ölkələr qrupu) pozmaqda ittiham edib.
Virtualaz.org Rusiy KİV-lərinə istinadən xəbər verir ki, belə ittiham Mərkəzi Bankın sentyabr ayı üçün makroiqtisadi hesabatında səslənir. Hesabatda rublun dəyərdən düşməsi riskləri və iqtisadiyyatın bərpasına dair proqnozlar əksini tapıb.Muxalifet - 7-09-2017
“TAP üzrə işlər qrafikə uyğun irəliləyir” – İtaliya səfiri
Rəsmi Roma laiyhənin qrafik üzrə icrasında maraqlıdır
Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans Adriatik Boru Kəmərinin (TAP) İtaliya hissəsində işlər qarfikə uyğun həyata keçirilir.
Bu barədə jurnalistlərə İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Auqusto Massarini bildirib.
“Prezident İlham Əliyevə etimadnaməmi təqdim edəndə də bildirmişdim ki, İtaliya hökuməti TAP-ın qrafikə uyğun irəliləməsində maraqlıdır. Biz bütün addımları yerinə yetiririk, layihə üzrə işlər davam etdirilir", - deyə o, qeyd edib.Muxalifet - 7-09-2017
17 yaşlı oğlan özünü bıçaqladı - BAKIDA
Yaxınları onu xəstəxanaya yerləşdirib
Bakıda gənc oğlan özünü bıçaqlayıb.
İntihara cəhd hadisəsi Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Həsən Əliyev küçəsindəki evlərdən birində yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Murad Firuddin oğlu özünə bıçaqla xəsarət yetirərək intihara cəhd göstərib. Yaxınları onu xəstəxanaya yerləşdirib.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.Muxalifet - 7-09-2017
ABŞ dövlət katibi dəyişə bilər
ABŞ dövlət katibi Reks Tillerson postunu itirə bilər.
“Foreign Policy” nəşri yazır ki, R.Tillersonu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin əvəzləyəcəyi gözlənilir.
Bu barədə son bir neçə həftədir, danışıqlar gedir.
N. Heyli artıq faktiki olaraq R. Tillersonun işlərini görməyə başlayıb.
R. Tillerson hətta Şimali Koreyanın raket sınaqları ilə bağlı bəyanat belə verməyib. N. Heyli isə Şimali Koreyanın bu addımını tənqid edib, hətta İranla nüvə razılaşmasına da toxunub.Muxalifet - 7-09-2017
ABŞ-da Azərbaycanlı biznesmen Rza Zərrabın məhkəməsi başlayır
ABŞ hakimiyyəti Türkiyənin keçmiş energetika naziri Zəfər Çağlayanı, dövlət bankının keçmiş rəhbəri Süleyman Aslanı və daha 2 şəxsi İrana qarşı sanksiyaları pozmaqda ittiham edib.
Türkiyə KİV xəbər verir ki, amerikalı ekspertlər adıçəkilən 4 şəxsin İranın maraqlarına naminə çoxmilyonlu maliyyə sövdələşmələrinə imza atdıqlarını iddia edib.Muxalifet - 7-09-2017
"Qarabağ" - "Roma" oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək "Qarabağ"-"Roma" (İtaliya) oyununun biletləri sentyabrın 8-dən satışa çıxarılacaq.
“Qarabağ” klubunun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, biletlərin qiyməti 2-50 manat arasında dəyişir.
Azarkeşlər biletləri “ASAN” Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, “28 Mall”, “Gənclik” Mall, “Park Bulvar” alış-veriş mərkəzləri, 69x və iTicket köşklərindən əldə edə bilərlər.Muxalifet - 7-09-2017
Məhkəmənin qarşısında kütləvi dava - BAKIDA
Bakıda kütləvi dava olub.
Hadisə paytaxtın Lökbatan qəsəbəsində, Qaradağ rayon Məhkəməsinin qarşısında qeydə alınıb. Bir qrup qadın arasında düşən davada Humay Aşurova, Ruhiyyə Əliyeva, Sevinc Nağıyeva və Həsən Qurbanov bir-birilərinə xəsarət yetiriblər.
Hazırda faktla bağlı araşdırma aparılır./apaMuxalifet - 7-09-2017
Başı kəsilən, gözü çıxarılan, adamyeyən nəhəng insanlar - Tarixdəki DƏHŞƏTLƏR
Müxtəlif xalqların folklorunda nəhəng qəhrəmanlara rast gəlmək mümkündür. Bir qayda olaraq bu nəhənglər qeyri-adi gücə və çox böyük bədən ölçülərinə malik olurlar. Onların taleyi xalq ədəbiyyatında hər zaman faciəvi sonluqla bitir.
Muxalifet.az publika.az-a istinadla müxtəlif folklorların 5 nəhəng qəhrəmanının siyahısını təqdim edir:
1. Atlant - Səmanı saxlayan nəhəngMuxalifet2 - 7-09-2017
Bakıda uşaq bağçasında faciə: ölən var
Bakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti birdən-birə kəskinləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, 59 yaşlı tərbiyəçi ürək tutmasından vəfat edib.
Araşdırma aparılır./Lent.az /Muxalifet2 - 7-09-2017
“Oğul axtarıram ki, gəlib ağzımı tiksin” - Elza Seyidcahan - MÜSAHİBƏ - FOTOLAR
Muxalifet.az Elza Seyidcahanın Publika.az-a müsahibəni təqdim edir.
- Elza xanım, bir bənd şeir yazıb aləmi bir-birinə qatmısınız, özünüz də Novxanıda oteldə istirahət edirsiniz...
- Neyləmişəm ki? (gülür) “Nəsimi” filmində bir yer var, soruşur, günahım nədir, şahım? Aləmi bir-birinə qatmaq yox, əksinə, mən sülh yaratmaq istəmişəm. Həmişə odun üstünə su səpmişəm. Son zamanlar özün də bilirsən ki, məni bir çox layihələrə münsif kimi dəvət edirlər. Münsif kreslosunda oturmağım isə bəzi uğursuzları narahat edir...
Muxalifet2 - 7-09-2017