Suriyada 12 min İŞİD silahlısı qalmaqdadır

Suriyanın müxtəlif rayonlarında 12 minədək İŞİD silahlısı qalmaqdadır.
 
ABŞ-ın rəhbərlik etdiyi koalisiya onlarla mübarizə aparır. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə koalisiya nümayəndəsi polkovnik Rayan Dillon bildirib.
 “Hesablarımıza görə, Xoicdə 1000-dən az, Deyr əz-Zorda – 2500, Rəqqada 1500, Mayadindəm Əbu Kamaladək 6-8 minədək İŞİD silahlısı var”, - deyə polkovnik qeyd edib. 
 ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə qarşı əməliyyatlar keçirir.