Axtarış
The search found 105779 results in 0.031 seconds.
Search results
Ombudsmanın nümayəndələri Mehman Əliyevlə görüşdülər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Muxalifet3 - 7-09-2017
"Kreml “Qarabağ layihəsi”ni dəfn etdi" - STRELKOV
Rusiya Donbasda “Qarabağ layihəsi”ndən artıq istifadə etməyəcək.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı məşhur terrorçu, Donbas separatçılarının keçmiş “müdafiə naziri” İqor Strelkov söyləyib.Muxalifet3 - 7-09-2017
Avropada qanlı hücumlar hazırlanır - Qisas MÜHARİBƏSİ
İŞİD terror qruplaşmasının lideri Əbubəkd əl-Bağdadi aldığı məğlubiyyətlərə qisas olaraq Böyük Britaniya və başqa Avropa ölkələrinə qarşı terror hücumlarının yeni dalğasını hazırlayır.
Muxalifet.az xəbər verir ki, bu haqda Şimali İraq kürd muxtariyyətinin anti-terror güclərinin yüksək vəzifəli nümayəndəsi Lahur Tələbaniyə istinadən “Teleqraf” qəzeti yazıbMuxalifet3 - 7-09-2017
Rusiyadan gəlmiş turist Tiflisdə döyüldü
Tiflisin mərkəzində üç naməlum şəxs Rusiyadan gəlmiş turistə hücum ediblər.
Muxalifet.az TASS-a istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş kişinin vəziyyəti stabil və kafidir. Onun bu gün axşam xəstəxanadan buraxılacağı gözlənilir.
Həkimlərin bildirdiyinə görə, rusiyalı qonaq xəstəxanaya baş və üz nahiyəsinin zədələri ilə daxil olub. Döyüldükdən sonra rusiyalının bütün qiymətli əşyaları və pulu əlindən alınıb.
Gürcüstan polisi hadisə ilə bağlı açıqlama verməyib.Muxalifet3 - 7-09-2017
KOMİTƏ SƏDRİ LEŞ ƏTİNDƏN OLAN KOLBASALARDAN DANIŞDI - FOTOLAR
Azərbaycanda tanınmış brendləri mənimsəyərək eyni adlı məhsul istehsal edən şirkətlər cəzalandırılacaq. Əmtəə nişanlarının bu cür qeyri-qanuni istifadəsi ilə bağlı qanunvericiyə dəyişiklik olunub.
Muxalifet3 - 7-09-2017
Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq - RƏSMİ
"CBC Sport” kanalı Türkiyə Super Liqasının oyunların yayım hüququnu alıb.
Muxalifet.az Lent.az-a istinadən bildirir ki, bu barədə kanalın rəsmisi Volkan Üst məlumat verib.
O bildirib ki, Türkiyə superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq: “Bu ilkə “CBC Sport” imza atdı.Muxalifet3 - 7-09-2017
Vahid Mustafayevə qarşı dələduzluq edən qadın məhkəmədə həbs edildi
Vahid Mustafayevə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadını hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Səbinə Əsgərova 8 il müddətində azadlıqdan məhrum edilib.
Onun barəsində seçilmiş polis nəzəratinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.Muxalifet3 - 7-09-2017
Robotdan şok açıqlamalar: “İstəyirəm ailə, ev sahibi olum... Oldu! İnsanları yox edərəm” - VİDEO
Bir ildən artıq müddət ərzində dünya mediasında robot Sofiya adlı insanabənzər süni intelektin müsahibəsinin videosu yayılır. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb, Muxalifet.az Hurriyyet.org-a istinadən videonu diqqətinizə çatdırır:
Muxalifet2 - 7-09-2017
Zirəddin Rzayevi təcili xəstəxanaya yerləşdirdilər - VİDEO
Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayevi it dişləyib.
Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur ektrasens qonşu itinin hücumuna məruz qalıb. O, əl və ayaqlarında dərin yaralar alıb. Köməyə gələn vətəndaşlar Z.Rzayevi təcili xəstəxanaya aparıblar. O, hadisənin təfərrüatlarını belə izah edib:Muxalifet3 - 7-09-2017
Katalonlar müstəqillik səsverməsinə hazırlaşır
İspaniyanın inkişaf etməkdə olan Kataloniya bölgəsinin başçısı çərşənbə günü bölgənin müstəqillik əldə etməsi üçün oktyabr ayında səsvermə keçirilməsinə çağırış edib. Çağırış Katalan məclisinin millət vəkilləri tərəfindən referendum qanununun qəbulundan sonraya təsadüf edib.
Səs çoxluğuna sahib olan separatçı partiyalar müstəqil dövlət qurmaq üçün lazım olan referendum qanununu və hüquqi dəyişikliyi dəstəkləyib.Muxalifet - 7-09-2017
Prezident Məmmədəli Ağayevi təltif etdi
Prezident İlham Əliyev Məmmədəli Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Məmmədəli Hüseyn oğlu Ağayev “Dostluq” ordeni ilə təltif edilsin
Muxalifet3 - 7-09-2017
Mehman Əliyevin şikayəti üzrə məhkəmənin vaxtı məlum oldu
"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Muxalifet.az-ın xəbərinə görə, bu barədə vəkil Fuad Ağayev məlumat verib. Şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.Muxalifet2 - 7-09-2017
Nazir arvadı 3 milyona avtomobil aldı - FOTO
Ukraynanın İnfrastruktur naziri Vladimir Omelyanın həyat yoldaşı Svetlana Bevza 3 milyon avro dəyərində “Mersedes” markalı “Maybach 6 Cabriolet” avtomobilinin sahibi olub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Lekspress” informasiya yayıb.Muxalifet2 - 7-09-2017
Rusiya və Ermənistan HHM sistemi üzrə birgə təlimə başlayıb
Təlim Aşuluk hərbi poliqonunda keçirilir
Rusiya və Ermənistan Hava Hücumundan Müdafiə (HHM) regional sistemi çərçivəsində ilk birgə təlimlərə başlayıb.
TASS xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri HHM Qoşununun komandanı Armen Vardanyan bildirib.
“Döyüş əməkdaşlığı-2017” adı altında keçirilən birgə təlimlər Aşuluk hərbi poliqonunda keçirilir. Bu poliqon Həştərxan vilayətində Aşuluk dəmiryol stanasiyasından şərqdə, Qazaxıstanla sərhəddə yerləşir./reportMuxalifet - 7-09-2017
Hövsanda hissələrə parçalanmış kişinin FOTOSU yayıldı
Xəbər verildiyi kimi, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyiti tapılıb.
Bakı Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilib ki, meyitinaşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Muxalifet - 7-09-2017
Mətbuat katibinin oğlu qəzada öldü
Bakıda ağır yol qəzası baş verib.
"SalamNews" xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Belə ki, yolda hərəkətdə olan "Subaru" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.Muxalifet - 7-09-2017
Avropadan Türkiyə etirafı: "Qapını açıq saxlamalıyıq"
Avropa Birliyi (AB) Türkiyəyə qapını açıq saxlamaq məcburiyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tajani deyib.
O bildirib ki, Türkiyənin AB-yə üzvlüyü ilə bağlı danışıqlar yalnız Ankaranın edam cəzasını bərpa etməsindən sonra dayandırıla bilər:
“Türkiyənin AB-yə üzv olması olduqca çətin prosesdir. Ərdoğanla müzakirələr zamanı AB-nın bununla bağlı narahatlığını çatdırdım. Miqrant problemi, terrorla mübarizə kimi məsələlərdə Türkiyə ilə dialoq kanallarını açıq saxlamalıyıq”.Muxalifet2 - 7-09-2017
Bakıda 3 məhbus öldü
Bakıda daha bir neçə məhkum ölüb.
Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan məhbuslar, 1975-ci il təvəllüdlü Vüqar Füzuli oğlu Həsənov, 1955-ci il təvəllüdlü Divangir Camal oğlu Əliyev və 1966-cı il təvəllüdlü İlqar Nəsir oğlu Məmmədov vəfat ediblər.
Hər üç faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-09-2017
Rusiya-Türkiyə strateji tərəfdaşlığı: İzmir sərgisindən sonra gəlinən qənaətlər - TƏHLİL
Tarixən Türkiyə ilə Rusiya arasındakı münasibətlər geniş geosiyasi məkana ciddi təsir edib. Əsrlərlə Avrasiyanın iki böyük imperiyası bir-birinə düşmən siyasət yeridiblər. Təcrübə göstərir ki, belə gedişat, əslində, həm Türkiyəyə, həm də Rusiyaya ziyandır. Son illər iki böyük dövlət daha çox əməkdaşlığa meyl edirlər. Bu ilin avqustunda İzmirdə beynəlxalq sərgi-yarmarkanın keçirilməsi zamanı iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək barədə razılığın əldə edilməsi yeni ümidlər yaradıb.
Muxalifet2 - 7-09-2017
Rusiya xüsusi təyinatlıları Dəməşqə köçürülür
Rusiya Tu-154 tipli nəqliyyat təyyarələri ilə xüsusi təyinatlı dəstələrini Suriyanın Lazkiya bölgəsindən paytaxt Dəməşqə köçürür.
Rusiyanın Suriyadakı qüvvələri genişmiqyaslı təxliyə əməliyyatı keçirir.
Rusiya xüsusi təyinatlı qüvvələrinin paytaxt Dəməşqdən İŞİD-lə şiddətli döyüşlərin getdiyi Deyr əz-Zor bölgəsinə göndəriləcəyi ehtimal olunur.
Qeyd edək ki, son günlərdə Deyr əz-Zor əyalətində 4 rus əsgərinin ölüm xəbəri yayılmışdı.Muxalifet - 7-09-2017