ABŞ-da Azərbaycanlı biznesmen Rza Zərrabın məhkəməsi başlayır

ABŞ hakimiyyəti Türkiyənin keçmiş energetika naziri Zəfər Çağlayanı, dövlət bankının keçmiş rəhbəri Süleyman Aslanı və daha 2 şəxsi İrana qarşı sanksiyaları pozmaqda ittiham edib.
 
Türkiyə KİV xəbər verir ki, amerikalı ekspertlər adıçəkilən 4 şəxsin İranın maraqlarına naminə çoxmilyonlu maliyyə sövdələşmələrinə imza atdıqlarını iddia edib.
Sanksiyaları yan keçmə üçün qurulan maliyyə sxemində Türkiyənin dövlət bankına rəhbərlik edən Süleyman Aslan, iranlı biznesmen Rza Zərrab və s. şəxslər iştirak edib. Keçmiş nazir Çağlayan da bu sxemdə iştirakına görə İran tərəfindən 2 milyon dollar mükafat alıb.
Yaxın vaxtlarda həmin şəxslər barəsində məhkəmənin başlanacağı bildirilir.