Axtarış

The search found 105779 results in 0.015 seconds.

Search results

  1. ​Rusiya Kürdüstanın müstəqilliyinə etiraz etdi

    Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada İraq Antiterror Xidmətinin nazir rütbəli rəhbəri Talib əl-Kənani ilə görüşüb.
    Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiya XİN-in məlumatına əsasən, Rusiya tərəfi İraqın birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və onun daxili işlərinə xarici müdaxilənin yolverilməzliyini, İraq hökumətinin antiterror potensialının artırılmasına dəstəyin zəruriliyini qeyd edib.

    Muxalifet2 - 6-09-2017

  2. ​FED-in ikinci şəxsi istefa verib

    ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) rəhbərinin müavini Stenli Fişer istefa edib.
    S.Fişer istefa məktubunu prezident Donald Trampa təqdim edib.
    S.Fişer məktubunda istefasının səbəbini açıqlamayıb. Buna baxmayaraq, 73 yaşlı görkəmli maliyyəçi FED-də işləməkdən qürur duyduğunu bildirib.
    Müavininin istefasını şərh edən C. Yellen isə bildirib ki, S. Fişer FED-in pul-kredit siyasətində müstəsna xidmətləri olub.
     

    Muxalifet2 - 6-09-2017

  3. ​Lənkəranda qayın qardaşı arvadını bıçaqladı

    Lənkəran rayonunda qayın qardaşı arvadını bıçaqlayıb.
    Publika.az xəbər verir ki, hadisə Şovu kəndində baş verib.
    Kənd sakini Nüsrətov Rəşad Müqabil oğlu Rusiyaya işləməyə gedən qardaşının həyat yoldaşı 25 yaşlı Məmmədova Bahar Fərman qızına bıçaqla xəsarətlər yetirib. Çoxlu qan itirən yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən R.Nüsrətov saxlanılaraq istintaqa cəlb olunub. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 6-09-2017

  4. ​Göygöl sakini özünü yandırdı – İNTİHARA CƏHD

    Göygöl sakini intihara cəhd edib.
    Hadisə bu gün rayon Polis Şöbəsinin yaxınlığında qeydə alınıb.
    Rayon sakini, 1993-cü il təvəllüdlü Ayşən Babayeva üzərinə neft tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb. Yanıq xəsarətləri alan A. Babayeva xəstəxanaya yerləşdirilib. Ona başın və bədənin 2-3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.
    Vəziyyətinin orta ağır olduğu bildirilir.  Faktla bağlı araşdırma aparılır(apa).

    Muxalifet2 - 6-09-2017

  5. "Çelsi" "Qarabağ"la oyuna baxmaq üçün Azərbaycana gələcək azarkeşlərinə endirim edib

    London klubu xidmətlər paketini ucuzlaşdırıb
     
    Londonun "Çelsi" klubu Çempionlar Liqası çərçivəsində "Qarabağ"la (Ağdam) Bakıda keçiriləcək səfər matçında komandanı dəstəkləyəcək azarkeşlərə maliyyə yardımı edəcək.
    London klubu uçuş, trasfer və bir gecə 4 ulduzlu oteldə qalmağın daxil olduğu xidmət paketinin qiymətini aşağı salıb.
    Bu cür paketin qiyməti 359 funt (təxminən 470.89 dollar - qeyd) təşkil edəcək.
    Hazırda matçının biletinin neçəyə olacağı məlum deyil. Onların qiyməti paketin dəyərinə əlavə olunacaq.

    Muxalifet - 7-09-2017

  6. Yol polisi xidməti motosikleti ilə qəza törədib

    Qəza zamanı çavuş yüksək sürətlə hərəkətdə olub
     
    Bakının Səbail rayonunda yol qəzası baş verib.
    Badamdar qəsəbəsində 1987-ci il təvəllüdlü çavuş İsmayılov Vüsal Şəmsəddin oğlu idarə etdiyi Yol Patrul Xidmətinə məxsus xidməti motosikleti aşırıb.
    Sürət yüksək olduğundan V.İsmayılov motosikletdən yerə yıxılıb və ağır xəsarət alıb.
    Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

    Muxalifet - 7-09-2017

  7. Orta yaşlı kişi küt alətlə qətlə yetirilib – BAKIDA

    Onun meyiti Hövsan qəsəbəsində tapılıb
     
    Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
    Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində bir neçə gün bundan əvvəl ölən şəxsin meyiti tapılıb.
    Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ekspertlər tərəfindən məlum olub ki, təxminən 30-35 yaşlı kişi (hələlik şəxsiyyəti müəyyən edilməyib) döyülüb və başından küt alətlə zərbə alıb.
    Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

    Muxalifet - 7-09-2017

  8. Lider TV-nin yanında maşın 61 yaşlı kişini vuraraq öldürüb - FOTO

    Sürücü saxlanılıb
     
    Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    1956-cı il təvəllüdlü İslamov Eldar Zahid oğlu Lider TV-nin yanında yolu keçərkən Sərxan Hüseynovun idarə etdiyi minik avtomobili tərəfindən vurulub.
    Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
    Sürücü Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.

    Muxalifet - 7-09-2017

  9. "Kalaşnikov" yeni tapançasını təqdim edib

    Yeni tapança uzunluğu, hündürlüyü və çəkisi ilə baza modelindən fərqlənir
     
    "Kalaşnikov" konserni "Lebedev PL-15k" tipli yığcam tapançasını təqdim edib.
    Bu barədə "Kalaşnikov media"nın mətbuat xidmətinin məlumatında deyilir.
    "Yığcam "PL-15k" "Makarov" tapançasının hazırda tutduğu yeri tam əvəz edə bilər", - deyə məlumatda bildirilir.
    Qeyd olunur ki, yeni tapança uzunluğu, hündürlüyü və çəkisi ilə baza modelindən fərqlənir, PL-15k-nın sandığının tutumu 14 ədəd patron təşkil edir, ölçüsü 9x19-dur./report

    Muxalifet - 7-09-2017

  10. Netanyahu Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb

    İsrailin baş naziri yəhudilərin Yeni ili münasibəti ilə rəsmi qəbul keçirib
     
    İsrailin baş naziri Binyamin Netanyahu əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanla sıx əlaqələrin qurulmasından danışıb.
    İsrail mətbuatı xəbər verir ki, o, ikitərəfli əlaqələrə yəhudilərin yeni il bayramı sayılan Roş-a-Şana münasibəti ilə ölkənin Xarici İşlər Nazirliyində keçirilən bayram tədbirində toxunub.
    Bayram qəbulu Netanyahunun Mərkəzi və Cənubi Amerikaya gözlənilən səfəri ilə əlaqədar olaraq Roş-a-Şana iki həftə qalmış keçirilib.

    Muxalifet - 7-09-2017

  11. Görkəmli alim Lütfi Zadə vəfat edib

    Professor nəşinin Azərbaycanda dəfn edilməsini vəsiyyət edib
     
    Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib. “Report”un xəbərinə görə, bu barədə məlumatı AZƏRTAC-a Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.

    Muxalifet - 7-09-2017

  12. Kürdəxanıda ölümlə nəticələnmiş qəzada yaralananlar koma vəziyyətindədir - FOTO

    Qəza zamanı 4 nəfər ağır xəsarət alıb
     
    Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin ölümü ilə nəticələnmiş yol qəzasında yaralanan 4 nəfər hazırda 1-ci dərəcəli koma vəziyyətindədir.
    Bu barədə "Report"a yaralıların yerləşdirildiyi 3 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

    Muxalifet - 7-09-2017

  13. Bakıda gənc oğlan tanışı tərəfindən güllələnib - FOTO - YENİLƏNİB

    Yaralı çoxlu qan itirdiyindən vəziyyəti ağırdır
     
    Bakının Sabunçu rayonunda baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.
    Hadisə nəticəsində yaralanan 1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu tanışı tərəfindən güllələnib.
    Yaralı vəziyyəti ağır olduğundan yaxınları tərəfindən özəl klinikaya köçürülüb.
    ***22:47
    Bakının Sabunçu rayonunda silahlı insident baş verib.
    "Report" xəbər verir ki, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb.

    Muxalifet - 7-09-2017

  14. Kataloniya parlamenti müstəqilliyə dair referendum haqqında qanun qəbul edib

    İspaniya hökuməti qeyri-qanuni hesab edir və onun həlli uğrunda mübarizə aparacaq
     
    Kataloniya parlamenti müstəqilliyə dair referendum haqqında qanun qəbul edib.
    Bu barədə "El Pais" nəşri yazıb.
    Kataloniyanın İspaniyadan ayrılması tərəfdarlarının fikrincə, qanun muxtar birliyin onların oktyabrın 1-də referendum keçirməsinə imkan verəcək.
    İspaniya hökuməti sənədi qeyri-qanuni hesab edir və onunla bağlı etiraz edəcək.

    Muxalifet - 7-09-2017

  15. Azərbaycan güləşçisi Dünya çempionatının qızıl medalını qazanıb

    Qurban Qurbanov finalda ukraynalı rəqibini məğlub edib
     
    Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.
    İkinci yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub.

    Muxalifet - 7-09-2017

  16. Uşaq evində bıçaqlanma olub - LƏNKƏRANDA

    İnsident nəticəsində bir nəfər yaralanıb
     
    Axşam saatlarında Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
    İnsident Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində qeydə alınıb.
    Uşaq evinin sakini olan 16 yaşlı Abdullayev Emil Tofiq oğlunun eyni tərbiyə müəssisəsində yaşayan Seyran adlı digər bir yoldaşı tərəfindən bıçaqlandığı söylənilir. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan E.Abdullayev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yeniyetmənin vəziyyəti stabildir.

    Muxalifet - 7-09-2017

  17. ​ Tramp Putini BMT-də islahatlar üzrə zirvə toplantısına dəvət etməyib

    ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Nyu-Yorkda keçiriləcək dünya liderlərinin BMT-nin islahatı üzrə zirvə toplantısına dəvət etməyib.
     
    RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.
     “Bildiyimə görə, tədbirdə iştirakla bağlı dəvət daxil olmayıb”, deyə jurnalistlərin suallarını cavablandıran Y.Uşakov bildirib.

    Muxalifet - 7-09-2017

  18. Kür çayında azyaşlı uşaq batıb - YEVLAXDA

    Yevlaxda Kür çayında azyaşlı uşaq batıb.
     
     Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda 1 azyaşlı Kür çayında batıb.
     FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Saat 07:00-da axtarış işlərinə başlanılıb. Əlavə məlumat veriləcək.

    Muxalifet - 7-09-2017

  19. 50 yaşlı kişinin qulağını kəsiblər - BAKIDA

    Bakıda orta yaşlı kişinin qulağı kəsilib.
     
    Hadisə Binəqədi rayonunda qeydə alınıb.
    Belə ki, 1967-ci il təvəllüdlü Cələbov Cələb Fətulla oğlu naməlum şəxs və ya şəxslərlə mübahisə zamanı onun qulağı kəsilib. Daha sonra isə bədəninə bıçaq zərbəsi vurulub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Faktla bağlı Binəqədi Rayon Polos İdarəsində araşdırma aparılır.

    Muxalifet - 7-09-2017

  20. Türkiyədə iki avtomobil toqquşub, 7 nəfər ölüb

    Hadisə Bursa-Ankara avtomobil yolunun İnegöl Babsultan hissəsində baş verib
     
    Türkiyədə mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla 7 nəfər ölüb.
    "Haber7" xəbər verir ki, hadisə Bursa-Ankara avtomobil yolunun İnegöl Babsultan hissəsində qeydə alınıb. 
    Qəzanın baş verdiyi əraziyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
    Hadisənin səbəbi araşdırılır.

    Muxalifet - 7-09-2017

Pages