Axtarış

The search found 105779 results in 0.017 seconds.

Search results

  1. AXCP fəalı həbs edildi - SOSİAL ŞƏBƏKƏDƏKİ FƏALİYYƏTİNƏ GÖRƏ

    Sentyabrın 5-də Bakının Səbael rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Üzeyir Abbasovu 30 sutka inzibati həbsə məhkum edib.
     
     Üzeyir Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) təqsirli bilinib.

    Muxalifet - 6-09-2017

  2. Göyçayda icra başçısı ilə Kommunal Təsərrüfat İdarəsinin müdiri arasında QALMAQAL

    “Bu iki məmurun intriqasına görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır”

    Muxalifet2 - 6-09-2017

  3. Bakıda evakuatorla “Mersedes” toqquşdu - Ölən var

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Mersedes” markalı minik avtomobili və “Mersedes” markalı evakuator toqquşub.
     
    FHN-dən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramiz qızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar.
    Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 6-09-2017

  4. 4 il instituta getdi, hər il imtahan verdi, sonda TƏLƏBƏ OLMADIĞI MƏLUM OLDU – ŞOK MƏKTUB

    Ucar rayonu Alpı kənd sakini Nəbiyeva Sevil  Məhəmmədəli qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır ki, onlara qarşı edilən cinayət faktının üstü qəsdən ört-basdır edilir:

    Muxalifet2 - 6-09-2017

  5. Kanal 13 TV rəhbərinin işi üzrə istintaq başa çatdı

     “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşıb.
     
    Əziz Orucov və müdafiçisi Cavad Cavadlı işlə tanış olmağa başlayıb.
    Xatırladaq ki, tanış olma mərhələsi başa çatdıqdan sonra iş məhkəməyə göndəriləcək.
    Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

    Muxalifet - 6-09-2017

  6. Bakıda yük avtomobili gəlin maşını ilə toqquşdu - FOTO

    Bakıda yük maşını qəza törədib.
     
    Hadisə Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa avtomobil yolunda baş verib. "Mətanət-A" şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı "Hyundai" markalı yük avtomobili yüksək sürətlə hərəkət edərək həmin yolda işıqforun qırmızı işığının tələbini pozub. Nəticədə yük avtomobili qarşıdan gələn "Mercedes S klass" markalı gəlin maşınının yoluna çıxıb və toqquşub.

    Muxalifet - 6-09-2017

  7. MİT-i partlatmaq istəyən terrorçu öldürüldü

    Türkiyə polisi Mərkəzi İstihbarat Təşkilatının Mersin şəhərindəki bölməsində terror aktı törətmək istəyən şəxsi zərərsizləşdirib.
     
    Öldürüldükdən sonra terrorçunun üzərindən partlayıcı maddə aşkar edilib.
    Onun kimliyi və hansı terror təşkilatına üzv olduğu açıqlanmır./teleqraf.com

    Muxalifet - 6-09-2017

  8. Kadırov sözünü geri götürdü: Təhrif ediblər...

    Çeçenistan rəhbəri Ramzan Kadırov mətbuatı Rusiyaya qarşı çıxmağa hazır olması barədə fikirlərini təhrif etməkdə günahlandırıb.
     
    Kadırov bu barədə Teleqram hesabında yazıb.
    “Mətbuatda mənim sözlərim təhrif olundu. Düşünürəm ki, bunu məqsədyönlü şəkildə ediblər. Bundan sonra bəzi jurnalistlər həmin yalanla ardıcıl olaraq sui-qəsd nəzəriyyələri qurmağa başladılar. Hər nə qədər bəzi mətbuat orqanları mən və Çeçenistan üzərindən reytinq toplamağa cəhd etsələr də, mən hələ də onların qeyri-peşəkarlığına təəccüblənirəm”, - Kadırov bildirib.

    Muxalifet - 6-09-2017

  9. ​ Ermənistan Gürcüstandakı hərbi təlimlərə niyə getmədi?

    Nina Axmeteli
    BBC Rusca
     
    Gürcüstanın birgə təlim keçirmək üçün NATO ölkələri hərbçilərini və alyansın tərəfdaş ölkələrini qəbul etməsi ilk dəfə deyil
     
    Ermənistan ilk əvvəl razılıq verməsinə baxmayaraq, Gürcüstanın cənubunda keçiriləcək Agile Spirit 2017 hərbi təlimlərində iştirakdan imtina edib.
    Tədbirə 7 ölkədən - Gürcüstan, ABŞ, Ukrayna, Bolqarıstan, Rumıniya, Latviya və Azərbaycandan cəmi 1515 hərbçi cəlb edilib.

    Muxalifet - 6-09-2017

  10. İlham Əliyev yeni neft müqaviləsinin imzalanacağının anonsunu verdi

    “Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var”.
     
    Virtualaz.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimindəki çıxışında deyib.

    Muxalifet - 6-09-2017

  11. Məşhur şəhçi: “Ararat” bağlanır, amma “Qarabağ” yaşayır!”

     “Bu, sadəcə olaraq, qəribə əhvalatdır: erməni ermənidən pul oğurlayıb. Mənim üçün bir yenilikdir”.
     
     Bunu Rusiyanın məşhur idman şərhçisi Vasili Utkin Moskvanın Erməni Gənclər Assosiasiyasının dəstəyi ilə təsis edilən “Ararat” klubunun fəaliyyətini dayandıracağına münasibət bildirərkən deyib.

    Muxalifet - 6-09-2017

  12. Samuxda üç nəfərin qaçırdığı qızın ölüm xəbəri yalan çıxdı

     “Samux rayonunda 20 yaşlı qızın qaçırılması zamanı baş verən avtoqəzaya görə iki maddə ilə (adam oğurluğu və avtoqəza) cinayət işi açılıb. Saytlarda yazıldığı kimi,  qız ölməyib. Qaçırılan qız - Türkan İsgəndərova sağdır”.
     
    Bu barədə Modern.az-a Samux rayon Sərkər kənd polis sahəsinin baş müstəntiqi İlqar Qəmbərov məlumat verib.
    Müstəntiq bu məsələ ilə bağlı mətbuatı diqqətli olmağa çağırıb:

    Muxalifet - 6-09-2017

  13. Mehman Əliyev azadlığa buraxılmadı

     “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz edilməsi ilə bağlı ərizəsinə baxılıb.
     
    Lent.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsində  hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən Mehman Əliyevin ərizəsi təmin edilməyib.

    Muxalifet - 6-09-2017

  14. Cəmil Həsənlinin qızının şikayəti təmin edilmədi

    Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin kassasiya şikayətinə baxılıb.
     
    Ali Məhkəmədə hakim Əli Seyfullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən Günel Həsənlinin şikayəti təmin edilməyib.

    Muxalifet - 6-09-2017

  15. AŞPA həmməruzəçiləri gələn həftə Azərbaycana gələcəklər

    Həmməruzəçilər əvvəlcə Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycana dair hesabatlarını təqdim edəcəklər
     
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennak və Sezar Florin Preda gələn həftə Bakıya səfər edəcəklər.
    Həmməruzəçilər əvvəlcə, sentyabrın 7-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hesabatlarını təqdim edəcəklər, gələn həftə isə hesabatla Bakıya gələcəklər.

    Muxalifet - 6-09-2017

  16. Məhbus təcridxanada özünü asmaq istədi

    Dələduzluqda təqsirləndirilən Əli Qəmbərov Bakı İstintaq Təcridxanasında intihara cəhd edib.
     
    Bu barədə Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə və Bakı Şəhər Prokurorluğuna daxil olan məktubda qeyd edilib. Məlumata görə, Ə. Qəmbərov saxlandığı kamerada özünü asmağa cəhd etsə də, bu cəhdin qarşısı alınıb.
     Qeyd edək ki, Ə. Qəmbərov Bakı sakinlərinin etibarından sui-istifadə edərək, avtomobil satmaq adı ilə zərərçəkmişlərə ümumilikdə 86 min manat məbləğində ziyan vurub.

    Muxalifet - 6-09-2017

  17. Ukraynada 5 politoloq qəzada ölüb

    Ukraynda ağır yol-nəqliyyat hadisəsi baş verib.
     
    "Lenta.ru"-nun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Ukraynanın Rivne şəhərində,  Kiyev-Kovel-Yaqodin yolunda yüksək sürətdə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü yol sürüşkən olduğu üçün idarəetməni itirib və qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə “Opel”də olan 5 politoloq aldığı xəsarətdən ölüb.  

    Muxalifet - 6-09-2017

  18. 2 ay əvvəl arvadını öldürən 80 yaşlı kişi həbsdə ölüb

    Lənkəranda iki ay əvvəl arvadını öldürən 80 yaşlı kişi həbsdə ölüb.
     
    Hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan Xanoğlan Əlican oğlu Əzizov dünyasını dəyişib.
     Qeyd edək ki, məlum qətl hadisəsi bu ilin iyununda Lənkəran şəhərində qeydə alınıb. Şəhər sakini, 1937-ci il təvəllüdlü Əzizov Xanoğlan ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almağülü qətlə yetirib.

    Muxalifet - 6-09-2017

  19. Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıb

    Bakıda evə basqın edən maskalı şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
     

    Muxalifet - 6-09-2017

  20. Samuxda avtomobil ağaca çırpılıb: 2 nəfər ölüb

    Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
     
    Gəncə-İmamzadə yolunun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücü və sərnişini hadisə yerində ölüblər.
     Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.

    Muxalifet - 6-09-2017

Pages