​Bakıda uşaq bağçasında faciə: ölən var

Bakıdakı uşaq bağçalarından birində ölüm hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, Yeni Yasamal 5 ünvanında yerləşən 98 saylı uşaq bağçasında tərbiyəçi işləyən 1958-ci il təvəllüdlü Qasımova Nərgiz Qubad qızının vəziyyəti birdən-birə kəskinləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, 59 yaşlı tərbiyəçi ürək tutmasından vəfat edib.
Araşdırma aparılır./Lent.az /