Axtarış

The search found 105779 results in 0.027 seconds.

Search results

  1. Azərbaycan İsraildən erməniləri təşvişə salan həmin silahı alacaq

    İsrailin “Aeronautics Defence Systems” şirkəti Polşada keçirilən MSPO müdafiə sənayesi sərgisində “Orbiter 1K” pilotsuz zərbə aparatlarını nümayiş etdirib.
     
     Bu barədə hərbi, təhlükəsizlik və aerokosmos mövzusu üzrə ixtisaslaşmış “Shephard Media” bildirir. Qeyd olunur ki, bu kamikadze-dronların sərgidə nümayiş etdirilməsi İsrail Müdafiə Naziliyinin həmin dronların Azərbaycana ixracına dair lisenziyanı dayandırmasından cəmi bir neçə gün sonraya təsadüf edib.

    Muxalifet - 6-09-2017

  2. Toydan qayıdan mikroavtobus qəzaya düşdü: yaralılar var

    Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər.
     
    ARB TV xəbər verir ki, hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
    Qəza nəticəsində Lerik rayonu, Ambu kənd sakinləri - 45 yaşlı Xumar Məhərrəmova, 54 yaşlı Nazilə Hüseynova və 52 yaşlı Zərifə Dövlətova xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
    Hadisənin baş vermə səbəbləri araşdırılır.

    Muxalifet - 6-09-2017

  3. ABŞ PKK ORDUSU QURUR – Türkiyəyə hücum etmək üçün Suriyada ələ keçirdiyi ərazilərdə baza və düşərgələr yaradıb, 1285 tır silah göndərib

    Əvvəl İraqın, sonra Suriyanın işğalı Türkiyəyə qarşı PKK terrorçularını silahlandırıb təlim vermək üçün dəhliz açmaq məqsədi güdürmüş

    Muxalifet2 - 6-09-2017

  4. ​UEFA “Qarabağ”a 2 milyon avro mükafat verdi

    “Qarabağ” klubu Çempionlar Liqasının (ÇL) “pley-off” mərhələsində qazandığı qələbə ilə əlaqədar mükafat alıb.
    Muxalifet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA-nın ayırdığı 2 milyon avro bonus vəsait AFFA-nın vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.
    Qeyd edək ki, “Qarabağ” ÇL-in “pley-off” mərhələsində Danimarka təmsilçisi “Kopenhagen”i iki oyunun nəticəsinə əsasən üstələyərək (1:0, 1:2) turnirin qrupuna düşən ilk Azərbaycan klubu olub.

    Muxalifet2 - 6-09-2017

  5. “Şimali Koreyaya qarşı dağıdıcı sanksiyaları dəstəkləməyəcəyik” - Rusiya XİN

    Rusiyada keçirilən “Valday” forumu çərçivəsində bu ölkənin xarici işlər nazirinin müavini İqor Morqulov bildirib ki, Moskva Şimali Koreyaya qarşı dövlətin tənəzzülünə gətirib çıxara biləcək sanksiyaları dəstəkləməyəcək.
     
    Diplomat daha sonra qeyd edib ki, Şimali Koreya yalnız son növbədə özünün nüvə proqramından əl çəkəcək.

    Muxalifet - 6-09-2017

  6. Myanma müsəlmanları üçün mitinqlər keçirmək Kadırova niyə lazımdır?

    Çeçenistan başçısı Ramzan Kadırov Rusiya müsəlmanlarını Myanmada rohinca xalqı müsəlmanlarının incidilməsinə etiraz olaraq mitinqlərə çıxmağa çağırıb və daha sonra bu məsələdə Rusiyanın rəsmi siyasətini dəstəkləməkdən imtina ilə hədələyib. BBC-nin Rus xidməti ekspertlərdən bunun Kadırovun nəyinə lazım olduğunu öyrənib.

    Muxalifet2 - 6-09-2017

  7. Cavid Qurbanov “jurnalistlərə ev bağışlanması” məsələsinə reksiya verdi

     Bir qədər əvvəl Cavid Qurbanov jurnalistlərə mənzil bağışlaması ilə bağlı iddialara cavab verib. Gununsesi.info-ya açıqlamasında Cavid Qurbanov bu barədə yazılanları qeyri-ciddi məlumatlar kimi qiymətləndirib.
     

    Muxalifet - 6-09-2017

  8. Rohincaların düşərgələrdə acınacaqlı yaşayışı - VİDEO

    Myanma Rohinca azlığına qarşı silahlı təqiblərdə ordunun iştirakı barədə iddiaları rədd edib.
    BBC-nin müxbiri xəbər verir ki, BMT zorakılıq dalğasının ardınca 140 mindən artıq müsəlmanın Banqladeşə keçdiyini bildirir.
     

    Muxalifet2 - 6-09-2017

  9. Qarabağ əlilinin ailəsi 7 uşaqla küçədə qalıb - VİDEO

    7 uşağı ilə parklarda gecələyən ana Femida.az saytına müraciət edib.
     
    Gəncə şəhər sakini Bayramova Zenfira İbrahim qızının sözlərinə görə, ailə həyatı qurduqdan sonra heç vaxt evləri olmayıb. Əslən Xudat rayonundan olan qadın ailə həyatı qurduqdan sonra bir müddət Şəmkir rayonunda ailəsi ilə birlikdə kirayələrdə yaşayıb.

    Muxalifet - 6-09-2017

  10. ​Bu qəsəbədə ÖLMƏK YASAQDIR: cəsədin ortada qalacaq

    Norveçin kiçik qəsəbəsi olan Lonqyarbyöndə ölmək qadağan edilib.
    Soyuqdan cəsədlərin iylənmədiyi bu məkanda qəbristanlıq 70 ildir qapalıdır.
    Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, əgər kimsə burada ağır bir xəstəliyə yoluxursa, onu təyyarəyə mindirib Norveçin başqa bir məkanına gördərirlər.
    İşdir, həmin şəxs təyyarəyə minə bilməsə, yaxud qəzayla bu torpaqlarda canını tapşırsa, o zaman cəsədi başqa yerə göndərilir.
    Çünki bu torpaqlarda basdırılan heç bir cəsəd çürümür, deformasiyaya uğramır.

    Muxalifet2 - 6-09-2017

  11. Mehman Əliyev təcridxanada 5 saata yaxın dindirilib - VƏKİLDƏN AÇIQLAMA

     “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev sentyabrın 5-də 1 saylı Bakı İstintaq Təcridxanasında beş saata yaxın dindirillib.
     
    Dindirilmədən sonra vəkil Fuad Ağayev istintaq təcridxanasının qarşısında Amerikanın Səsinə müsahibə verib.
    Vəkil bildirib ki, Mehman Əliyev istintaqın çoxsaylı suallarına cavab verib.
    “Sualların əksəriyyətinin ittihamlara heç bir aiddiyyatı yox idi”.
    İstintaqın gedişatını vəkil müsbət qiymətləndirməyib.

    Muxalifet - 6-09-2017

  12. ​Alimlər qocalmanın qarşısını alan metod tapıblar

    Amerikalı alimlər daha bir yeni elmi kəşfə imza atıb.
    Hurriyyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, əcnəbi bioloqlar apardıqları eksperimentlə insanın qocalmasının qarşısının almağın mümkün olduğunu öyrəniblər.
    Kaliforniya Universitetinin inteqrativ biologiya və fiziologiya kafedrasının mütəxəssisləri metoxondrinin aktiv fəaliyyətinə təsir edən xüsusi maddənın  yeridilməsi metodunu hazırlayıblar. Bu metoda görə, hüceyrə strukturunda yaşlanan zaman zədələnən mitaxondri hüceyrələri aradan qaldırılır.

    Muxalifet2 - 6-09-2017

  13. “Yəqin ki, Hacıbala müəllimi tənqid edən müğənnilərə qadağalar qoyulacaq” – Tahir İmanovdan SENSASİON AÇIQLAMA

    "Nə qadağaları varsa, bizə tətbiq etsinlər”.
     
    Bu sözləri azxeber.com-a açıqlamasında "Planet Parni iz Baku” teatrının bədii rəhbəri Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətinə həsr olunan tənqidi kliplə bağlı danışarkən söyləyib. O, şou-biznes nümayəndələrinin ifası ilə icra başçısının fəaliyyətinin tənqid edilməsində satira və yumorun olduğunu bildirib:

    Muxalifet - 6-09-2017

  14. “BU ÜÇ DÖVLƏTİN BİRLİYİ MÜMKÜN DEYİL” - “Türkiyə ilə Azərbaycan arasında daha çox problem var”

    Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyev həm Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, həm də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.
    Çavuşoğlunu qəbul edən zaman prezident İ. Əliyev Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün əhəmiyyətinə toxunub, hər üç ölkə arasında müzakirə olunacaq çoxlu sayda məsələlərin olduğunu bildirib.

    Muxalifet2 - 6-09-2017

  15. "İtaliya səfirliyi azərbaycanlı tələbələrə viza vermir, onları təhqir edir" - Kampaniya başladıldı

    Son zamanlar Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin vətəndaşlarımızla kobud davranışları, onları aşağılamaq cəhdləri eyni zamanda heç bir səbəbdən şengen viza verilməməsi ilə bağlı şikayətlər artır.
     
    Azxeber.con-un məlumatına görə, millət vəkili Fazil Mustafa bir neçə gün öncə bu məsələyə toxunmuş və səfirlikləri kəskin tənqid etmişdi.

    Muxalifet - 6-09-2017

  16. Türkiyədə daha 16 terrorçu zərərsizləşdirildi

    Türkiyədə PKK terror təşkilatına qarşı ölkə miqyasında həyata keçirilən əməliyyatlar zamanı dörd vilayətdə ümumilikdə 16 terrorçu zərərsizləşdirilib.
     
    Məlumatı “Anadolu” agentliyi Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən yayıb.
    Məlumatda qeyd olunub ki, sentyabrın 6-da keçirilən əməliyyatlar nəticəsində Şırnakda 5, Ağrıda 5, Muşda biri yaralı olmaqla 5 və Mersində isə 1 terrorçu zərərsizləşdirilib.

    Muxalifet - 6-09-2017

  17. Peskov Trampa qarşı Rusiyanın əlindəki ifşaedici məlumat barədə

    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, rusiyalı siyasətçi Nikita İsayevin əlində ABŞ prezidenti Donald Trampa qarşı ifşaedici materialın olması barədə Kremldə heç bir məlumat yoxdur.
     
    Virtualaz.org xəbər verir ki, Peskov bununla bağlı deyib: “Cənab İsayevin əlində Trampa qarşı hansı ifşaedici materialın olmasından xəbərim yoxdur, biz Kremldəkilər bundan xəbərsizik”.

    Muxalifet - 6-09-2017

  18. Vəkil həbsdə olan AXCP fəalı ilə görüşüb

    Müxalifet.az xəbər verir ki, tanınmış vəkil Əsabəli Mustafayev bu gün 30 günlük həbs almış AXCP fəalı Üzeyir Abbasovla görüşüb.
     
     Görüşlə bağlı vəkil sosial şəbəkədə status paylaşıb. Statusu olduğu kimi təqdim edirik:

    Muxalifet - 6-09-2017

  19. Bakıda 22 yaşlı qız özünü asaraq intihar etdi

    Çərşənbə günü, sentyabrın 6-na keçən gecə təxminən saat 2:20-də Bakının Qaraçuxur qəsəbəsində yerləşən parkda asılmış vəziyyətdə qız meyiti aşkarlanıb.
    Muxalifet.az “Sputnik”ə istinadən xəbər verir ki, Suraxanı rayonu hüquq-mühafizə orqanlarının məlumatına görə, intihar etdiyi güman olunan qızı yerli sakinlər aşkar edib.
    Müəyyən edilib ki, 1995-ci il təvəllüdlü Günel Samir qızı Tağıyeva iplə özünü turnikdən asıb. Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 6-09-2017

  20. ​Moldova hərbçiləri Ukraynadakı təlimlərdə iştirak edəcək – PREZİDENTİN QƏRARINA RƏĞMƏN

    Moldova hərbçiləri sentyabrın 7-dən 23-nə qədər Ukraynada keçiriləcək “Rapid Trident” təlimlərində iştirak edəcək. Xatırladaq ki, prezident İqor Dodon ölkə hərbçilərinin bu təlimlərdə iştirakını qadağan etmişdi.
    “Moldova milli ordusunun 57 hərbçidən ibarət kontingenti 7-23 sentyabr tarixlərində Ukraynada Yarovir sülhün dəstəklənməsi üzrə beynəlxalq mərkəzdə keçiriləcək “Rapid Trident” təlimlərində iştirak edir”, - Moldova Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda bildirilir.

    Muxalifet2 - 6-09-2017

Pages