Marşrut avtobusu 67 yaşlı kişini vuraraq öldürüb - BAKIDA

Bakıda marşrut avtobusu yol-nəqliyyat hadisəsi törədib.
 
Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda Valeh Muradov idarə etdiyi 35 saylı marşrut avtobusu ilə yolu keçən piyada, 1950-ci il təvəllüdlü Şahmar Mehrəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ötən gün orada ölüb.
 Faktla bağlı araşdırma aparılır./apa