Saatlıda yaralının yaxınları xəstəxanada həkimi döyüblər

Hadisə həkim yaralı qadına ilkin tibbi yardım göstərən zaman baş verib
 
Saatlıda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonda fəaliyyət göstərən Xəyal restoranının yaxınlığında qeydə alınıb.
Avtomobil qəzası nəticəsində rayonun Azadakənd kənd sakini, 47 yaşlı İlhamə Yəhya qızı Qurbanova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əldə etdiyimiz məlumata görə, xəstəxanada həkim Asif Həsənov qadına ilk tibbi yardım göstərərkən yaralının yaxınları tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.