Rusiya kanalları silah anbarındakı partlayışdan video görüntülər nümayiş etdirdilər

 Rusiya telekanalları sosial şəbəkələrə istinadən Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin silah anbarında baş vermiş və partlayışla müşaiyət olunan yanğının qısa videokadrlarını yayıb.
 
 Kadrlara əsasən yanğın və partlayış Bakı-Rostov trasına yaxın ərazidə baş verib. Azərbaycandan Rusiya sərhədinə gedən avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb.
Qeyd: Rusiya kanalları sosial şəbəkələri mənbə kimi göstərsə də, informasiyaların heç də oradan qaynaqlanmadığı qənaətindəyik. Bu, daha çox əvvəlcədən törətdikləri hadisənin operativ yayınlanmasına bənzəyir.