Rus ordusu ölkədən çıxsın! – Moldovadan BMT-yə müraciət

Moldova BMT-dən Rusiya hərbçilərinin Dnestryanıdan çıxarılması məsələsinin 72-ci Baş Assambleyanın gündəminə daxil edilməsini istəyib.
 
Bu sözlər Moldovanın BMT-dəki daimi nümayəndəsi Viktor Morarunun BMT baş katibinə göndərdiyi məktubda yer alıb. Onun sözlərinə görə, Moldovadakı rus hərbçiləri təhlükəsizlik üçün əsas təhdiddir.
Qeyd edək ki, bundan öncə Moldova Konstitusiya Məhkəməsi Rusiya hərbçilərinin Dnestryanıdakı mövcudluğunu qanunsuz adlandırıb.
BMT-nin Baş Assambleyası sentyabrın 12-də fəaliyyətə başlayacaq./axar.az