Daha bir şirkət Bakını tərk edir

Fransanın Grid Solutions SAS şirkətinin Azərbaycandakı filialı ləvğ edilir.
 
Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 20 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Grid Solutions SAS yüksək və orta gərginlikli enerjinin hazırlanması, istehsalı və quraşdırılması üzrə ixtisaslaşıb. Şirkət istehsal etdiyi elektrik enerjisini Afrika, Orta Şərq, Asiya-Sakit okean hövzəsi, ABŞ və Avropaya ötürür.