Ərdoğan Azərbaycana gələcək

Səfər sentyabrın 10-11-də baş tutacaq
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Türkiyə mətbuatı xəbər verir ki, səfər sentyabrın 10-11-də baş tutacaq.
Məlumata görə, dövlət başçısının gələn ay xarici ölkələrə edəcəyi səfərlərin tarixi açıqlanıb. Türkiyə lideri avqustun 21-də İordaniyaya, sentyabrın 8-10-da Qazaxıstana, sentyabrın 10-11-də isə Azərbaycana səfər edəcək.
Sentyabrın 19-dan 25-dək isə R.T.Ərdoğan  BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkada olacaq.