2 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb – YEVLAXDA

Yevlax rayonunda azyaşlı uşaq ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.
 
2015-ci il təvəllüdlü Aysu Kamil qızı Havarlı kəndindəki iki mərtəbəli fərdi yaşayış evində yıxılaraq baş nahiyəsindən ciddi xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda müalicəsi davam etdirilir. Müalicə prosesində Bakıdan gəlmiş həkimlər də iştirak edir. Azyaşlının müəyyən mərhələdən sonra müalicəsinin davam etdirilməsi üçün paytaxta göndərilməsi planlaşdırlır.
Faktla bağlı araşdırma aparılır.