Axtarış
The search found 105779 results in 0.133 seconds.
Search results
Ermənistanda 25 ali təhsil müəssisəsi bağlanıb
Aqaron Adibekyan: “2016-cı ildə isə 18 min nəfər ali məktəblərə qəbul olunub, 12 700 tələbə tədris ilini başa vurub”
Son 10 ildə Ermənistanda 25 ali təhsil müəssisəsi bağlanıb.
Ermənistan KİV xəbər verir ki, bunu jurnalisltərə ölkənin tanınmış sosioloqu Aqaron Adibekyan bildirib.
Onun sözlərinə görə, dövlət və özəl ali məktəblərə daxil olmaq istəyənlərində sayı 110 mindən 85 minədək azalıb: “Bu təkcə doğumun azalmasından asılı olmayan daha ciddi problemdir” .Muxalifet - 7-08-2017
Cəmil Hacıyevi məhkəməyə çağırıblar - YENİLƏNİB
Bu gün Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Haciyev saat 16:00-a yaxın Binəqədi Rayon Polis İdarəsinin 4 saylı bölməsindən buraxılıb. Bu barədə Turan-a hüquq müdafiəçisi Fuad Həsənov bildirib.
Saxlanmaya səbəb C.Hacıyevin etiraz aksiyalarında iştirakı ilə bağlı məhkəmə işi olub. Belə ki, bu gün Binəqədi Rayon Məhkəməsində C.Hacıyev prosesin yubanmasına etirazını bildirib. Bu, məhkəmə nümayəndəsinin xoşuna gəlməyib. Binadan çıxarkən C.Hacıyevi polis saxlayıb və 4 saylı polis bölməsinə aparıb.Muxalifet - 7-08-2017
Prezident məmur övladlarının qanunsuz əməllərinə göz yumur? - MÜXALİFƏTDƏN İTTİHAM
Azərbaycan demorkatik müxalifətinin liderləri Bakıda H.Əliyev prospektində baş vermiş qəza ilə bağlı mövqe bildiriblər. Qəza təqsirkarları ümumi istifadə üçün nəzərdə tutulmuş yolda bahalı maşınlarla yarış təşkil edən baş nazir müavininin nəvəsi və polis əməkdaşıdır.
Azərbaycan demorkatik müxalifətinin liderləri Bakıda H.Əliyev prospektində baş vermiş qəza ilə bağlı mövqe bildiriblər. Qəza təqsirkarları ümumi istifadə üçün nəzərdə tutulmuş yolda bahalı maşınlarla yarış təşkil edən baş nazir müavininin nəvəsi və polis əməkdaşıdır.Muxalifet - 7-08-2017
Baş Bayrağın demontajının əsil səbəbi...
Deməyə sözüm var...
Contact.az
Paytaxtda, sonra isə ölkədə Bakıda respublikanın Baş Bayrağının sökülməsi və bunun Azərbaycanın öz dövlət müstəqilliyindən Rusiya qarşısında imtina etməsinin əlaməti olduğu haqda şayiələr yayıldı.
Bəziləri isə bunun Azərbaycan Bayrağının Tacikistan Bayrağından hündür və yenidən dünyada ən uca bayraq olması üçün onun dirəyinin uzadılması niyyəti ilə bağlı olduğunu deyirlər.Muxalifet - 7-08-2017
“Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?” - Deputata cəza veriləcək
Milli Məclisin İntizam komissiyası növbəti dəfə qalmaqallı fikirlər səsləndirən deputat Astan Şahverdiyevlə bağlı toplanacaq.
Bu barədə "Ölkə.Az"a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev məlumat verib.
A.Abıyev bildirib ki, Astan Şahverdiyev dediyi fikirlərinə görə bir neçə dəfə qalmaqal yaradıb:Muxalifet - 7-08-2017
Türkiyə XİN-dən Əli Həsənovun nəvəsinin törətdiyi qəza ilə bağlı — RƏSMİ AÇIQLAMA
Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hüseyn Müftüoğlu Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin avqustun 3-də qəza törətməsi nəticəsində 2 nəfər Türkiyə vətəndaşının yaralanması məsələsinə münasibət bildirib.
Türkiyə XİN rəsmisi H.Müftüoğlu “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən hadisədə Türkiyə vətəndaşlarının da həlak olması və yaralanması ilə bağlı Səfirliyə məlumat verilib:Muxalifet - 7-08-2017
Almaniyada faşizmin qurbanı olan azərbaycanlının qəbri tapıldı – FOTO
İkinci dünya müharibəsi zamanı (1939-1945) Sovet qoşunlarının tərkibində almanlara qarşı azərbaycanlılar da iştirak edib. Azərbaycanlıların iştirak etdiyi döyüşdə 300 mindən çox insanımız həlak olub.
İkinci dünya müharibəsi zamanı həlak olan azərbaycanlı haqqında illər sonra məlumat yayılıb.
Modern.az-a daxil olan məlumata görə, alman faşizminin qurbanı olmuş Sovet əsgərimiz Almaniyada Şlyuz Höte-Ştukenburg şəhərində dəfn olunub.
Maraqlıdır ki, məlumat bu vaxta qədər işıq üzü görməyib.Muxalifet - 7-08-2017
İran Qarabağla bağlı Yerevana xəbərdarlıq etdi
İran Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlıdır və Ermənistanla Azərbaycanı dialoqa çağırır.
Bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi deyib.
İran XİN-in bu açıqlamasına diqqət verməmək olardı, amma B.Qasımi münaqişənin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunmasının Tehran üçün “daimi narahatlıq” mövzusu olduğunu deyib və əminliyini bildirib ki, münaqişənin həll olunması regionda stabillik və təhlükəsizliyi artıracaq.Muxalifet - 7-08-2017
Moskvada azərbaycanlılarla çeçenlər arasında dava: ÖLƏN VƏ YARALANANLAR VAR - VIDEO
Üç çeçen bıçaq yarası alıb, onlardan biri sonradan xəstəxanada keçinib
Moskva vilayətinin Zelenoqrad inzibati dairəsində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava olub.
Rusiya KİV xəbər verir ki, hadisə təxminən səhər saat 5-də çeçenlərin travmatik silahdan atəş açması ilə başlayıb. Toqquşma nəticəsində üç çeçen bıçaq yarası alıb, onlardan biri sonradan xəstəxanada keçinib.Muxalifet - 7-08-2017
Gürcüstanda 54 Azərbaycan vətəndaşı həbs cəzası çəkir
Hazırda 54 Azərbaycan vətəndaşı Gürcüstanda həbs cəzası çəkir.
Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinin verdiyi xəbərə görə, onlardan 18 nəfər müttəhim, 36 nəfər isə məhkumdur.
Müttəhim Azərbaycan vətəndaşlarının 17-si kişi, biri qadın, məhkumlar arasında isə 34-ü kişi, ikisi qadındır.
Gürcüstanın cəzaçəkmə müəssisələrində ümumilikdə 365 xarici ölkə vətəndaşı cəza çəkir.Muxalifet - 7-08-2017
Sumqayıtda tapılan qadın meyitinin kimliyi məlum olub
Sumqayıtda qətlə yetirildiyi ehtimal olunan qadının şəxsiyyəti müəyyənləşib.
Araşdırmalar nəticəsində meyiti tapılan qadının 35 yaşlı Sevda Vidadi qızı Bayramova olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.Muxalifet - 7-08-2017
Tale Bağırzadə: “Yaxşıyam, narahatlığa əsas yoxdur”
"Şükür Allaha, yaxşıyam, hər şey normaldır. Narahatlığa əsas yoxdur".
Həbsdəki ilahiyyatçı Tale Bagırzadə avqustun 6-da həyat yoldaşı Leyla İsmayılzadəyə telefonla belə deyib. Xanımı ilahiyyatçının Qobustandakı qapalı həbsxanada işgəncəyə məruz qalması barədə yayılmış məlumatlardan narahat olduğunu bildirib.Muxalifet - 7-08-2017
Ermənilər 13 yaşlı uşağı yaraladılar - TOVUZDA
Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.
Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur.Muxalifet - 7-08-2017
Bakı çimərliyində qadın bıçaqlanıb
Hadisə Suraxanı rayonunda qeydə alınıb
Bakıda çimərlikdə orta yaşlı qadın bıçaqlanıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Hövsan qəsəbəsində çimərlik ərazisində 36 yaşlı Gülnarə Vanyagina naməlum şəraitdə sol bud nahiyəsinə bıçaqla xəsarətlər yetirilib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onu əməliyyat ediblər hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisə ilə bağlı Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsinə məlumat verilib.
Polis araşdırmaya başlayıb.Muxalifet - 8-08-2017
48 yaşlı kişi bıçaqlandı - BAKIDA
Hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib
Bakıda 48 yaşlı kişi bıçaqlanıb.
Hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib.
48 yaşlı Vəfa Hacıyev sözü gedən ünvanda tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bir neçə bıçaq xəsarəti alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda Vəfa Hacıyevi bıçaqlayan şəxs və şəxsləri Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları axtarır.Muxalifet - 8-08-2017
37 yaşlı kişini maşın VURUB – BAKIDA
Bakıda piyada keçidindən keçməyən şəxsi avtomobil vurub.
Hadisə Nərimanov rayonu ərazində baş verib.
Ziya Bünyadov prospektində 37 yaşlı Süleymanov Elnur Arif oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istiyərkən sürücüsü hələlik məlum olmuyan minik avtomobili onu vurub. Sürücü yaralanmış piyadanı dərhal 3 saylı Kliki Tibbi Mərkəzə çatdırıb. Hazırda Elnur Süleymanovun vəziyyəti ağır olaraq qalır. Sürücü isə Nərimanov polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Muxalifet - 8-08-2017
33 yaşlı kişini bıçaqlayıblar – SABUNÇUDA
Sabunçu rayonunda orta yaşlı kişi evinin yaxınlığında bıçaqlanıb.
Hadisə Sabunçu rayonu, Asif Əsədullayev küçəsində qeydə alınıb.
Paytaxt sakini 33 yaşlı Heybət Əliyev dediyinə görə tanımadığı şəxs tərəfindən yaşadıqları məhlədə bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti alan yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs isə ərazidən uzaqlaşa bilib.
H.Əliyevi həkimlər əməliyyat ediblər. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.Muxalifet - 8-08-2017
Fiziki qüsurlu şəxsi döyərək bıçaqlayıblar
Sonra hadisə yerindən qaçıblar
Bakıda fiziki qüsurlu şəxs döyülərək bıçaqlanıb. Hadisə Nəsimi rayonu İmran Qasımov küçəsində qeydə alınıb. 44 yaşlı Abasov Kamran Nazim oğluna tanımadığı 2 nəfər yaxınlaşıb. Həmin şəxslər Kamrandan ilk öncə siqaret istəslər də, daha sonra onu naməlum səbəbdən döyməyə başlayıblar. Ona bıçaqla xəsarət də yetiriblər. Sonra hadisə yerindən qaçıblar.
Yaralıya 1 saylı şəhər xəstəxanasında tibbi yardım olunub, vəziyyəti stabildir.
Faktla bağlı Nəsimi rayon polis idarəinə məlumat verilib.Muxalifet - 8-08-2017
Şəkər xərçəng hüceyrələrinin inkişafına yardım edir – ALİMLƏRDƏN AÇIQLAMA
Amerikalı alimlər müəyyənləşdiriblər ki, şəkər rasionu xərçəngin müxtəlif növlərinin inkişafına yardım edə bilər.
Amerikalı alimlər müəyyənləşdiriblər ki, şəkər rasionu xərçəngin müxtəlif növlərinin inkişafına yardım edə bilər.
Texas universitetinin alimləri apardıqları araşdırmaların sonunda bu nəticəyə gəliblər.
Nəticələrə əsasən, qlyukozanın yardımı ilə bədxassəli şiş bütün orqanizmdə sürətlə yayılır.Muxalifet - 8-08-2017
Türkmənistan prezidenti Bakıda Avropaya qaz nəqlini müzakirə edəcək
Bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana ikigünlük rəsmi səfəri başlayır.
Türkmənistan prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə edəcəyi məsələlərdən biri sənaye-energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləmdirilməsidir. “Tərəflər Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəqlinin mümkünlüyünü müzakirə edəcəklər. Bununla yanaşı, Xəzər dənizində sərnişin və yük dövriyyəsinin artırılması da müzakirə olunacaq məsələlər arasındadır”, - deyə mətbuat yazır.Muxalifet - 8-08-2017