37 yaşlı kişini maşın VURUB – BAKIDA

Bakıda piyada keçidindən keçməyən şəxsi avtomobil vurub.
 
Hadisə Nərimanov rayonu ərazində baş verib.
Ziya Bünyadov prospektində 37 yaşlı Süleymanov Elnur Arif oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istiyərkən sürücüsü hələlik məlum olmuyan minik avtomobili onu vurub. Sürücü yaralanmış piyadanı dərhal 3 saylı Kliki Tibbi Mərkəzə çatdırıb. Hazırda Elnur Süleymanovun vəziyyəti ağır olaraq qalır. Sürücü isə Nərimanov polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.