33 yaşlı kişini bıçaqlayıblar – SABUNÇUDA

Sabunçu rayonunda orta yaşlı kişi evinin yaxınlığında bıçaqlanıb.
 
Hadisə Sabunçu rayonu, Asif Əsədullayev küçəsində qeydə alınıb.
Paytaxt sakini 33 yaşlı Heybət Əliyev dediyinə görə tanımadığı şəxs tərəfindən yaşadıqları məhlədə bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti alan yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs isə ərazidən uzaqlaşa bilib.
H.Əliyevi həkimlər əməliyyat ediblər. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Faktı Sabunçu rayonu polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları araşdırır.