Fiziki qüsurlu şəxsi döyərək bıçaqlayıblar

Sonra hadisə yerindən qaçıblar
 
Bakıda fiziki qüsurlu şəxs döyülərək bıçaqlanıb. Hadisə Nəsimi rayonu İmran Qasımov küçəsində qeydə alınıb. 44 yaşlı Abasov Kamran Nazim oğluna tanımadığı 2 nəfər yaxınlaşıb. Həmin şəxslər Kamrandan ilk öncə siqaret istəslər də, daha sonra onu naməlum səbəbdən döyməyə başlayıblar. Ona bıçaqla xəsarət də yetiriblər. Sonra hadisə yerindən qaçıblar.
Yaralıya 1 saylı şəhər xəstəxanasında tibbi yardım olunub, vəziyyəti stabildir.
Faktla bağlı Nəsimi rayon polis idarəinə məlumat verilib.