Axtarış

The search found 105779 results in 0.02 seconds.

Search results

  1. Çeçenistanda təyyarə minik avtomobili ilə toqquşub - VIDEO

    Çeçenistanın Şelkovsk rayonunda magistral yolda yüngülmotorlu təyyarə minik avtomobili ilə toqquşub.
     
    Bu barədə “Grozny.tv” Çeçenistan DİN mətbuat xidmətinə istinadən məlumat verib.
     Məlumata əsasən, “Rа 0508A” yüngülmotorlu təyyarə naməlum səbəbdən avtomobil yolundan havaya qalxmağa cəhd edərkən “İJ” markalı maşına çırpılıb.
     Hadisə nəticəsində ağır xəsarət alan pilot xəstəxanaya yerləşdirilib. Polis hadisənin təfərrüatlarını araşdırır.

    Muxalifet - 8-08-2017

  2. Hərbi helikopter qəzaya uğradı, ölən və yaralanan var

    İsrail Hərbi-Hava Qüvvələrinə məxsus “Apache” helikopteri qəzaya uğrayıb.
     
    “İsraelmedia”-nın verdiyi xəbərə görə, insident Negev səhrasında yerləşən hərbi bazada, təlim uçuşu zamanı baş verib.
    Qəza nəticəsində helikopterin pilotu ölüb, ikinci pilot yaralanıb. Xəstəxanaya çatdırılan hərbçinin vəziyyəti ağırdır. İnsidentin səbəbləri araşdırılır.
     Hadisə ilə əlaqədar “Apache” helikopterlərinin uçuşuna müvəqqəti qadağa qoyulub./apa

    Muxalifet - 8-08-2017

  3. Qusarda 11 yaşlı uşaq kanalda boğulub

    Qusar rayonunda bədbəxt hadisə baş verib.
     
    Rayonun Ləcət kənd sakini, 2006-cı il təvəllüdlü Niftəliyev Ramid Bəhruz oğlu kanalda boğulub.
     Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
     Faktla bağlı araşdırmalar davam etdirilir.

    Muxalifet - 8-08-2017

  4. Bu gün UEFA Superkubokunun oyunudur

     “Real Madrid”lə “Mançester Yunayted” Makedoniyada üz-üzə gələcəklər
     
    Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.
    Ötən mövsüm Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi “Real Madrid”lə Avropa Liqasında uğur qazanan İngiltərənin “Mançester Yunayted” komandası Makedoniyada üz-üzə gələcəklər.
    Paytaxt Skopyedə baş tutacaq matçı italiyalı hakim Canluka Rokki idarə edəcək.

    Muxalifet - 8-08-2017

  5. Moskvada azərbaycanlı özünü bıçaqladı

    Moskvada 40 yaşlı azərbaycanlı kişi özünü bıçaqlayıb.
     
    Rusiya mətbuatı xəbər verir ki, hadisə avqustun 7-si axşam saatlarında baş verib. İşsizlikdən əziyyət çəkən azərbaycanlı qarın nahiyəsindən özünə xəsarət yetirib.
    O, xəstəxanaya çatdırılıb. Onun hadisədən öncə çoxlu miqdarda spirtli içki qəbul etdiyi bildirilir./teleqraf.com

    Muxalifet - 8-08-2017

  6. Suriya üçün SON DÖYÜŞ: Türkiyənin İKİ VARİANTI

    Suriya hökumət qoşunlarının İŞİD terror qruplaşmasının mövqelərinə hücumu davam edir. Avqustun 6-da Suxna oazisi azad edilib və faktiki olaraq Deyr-ez-Zora yol açılıb.
     
    Eyni zamanda, Suriya qoşunlarının hissələri şimaldan Fərat çayı boyunca Deyr-ez-Zora irəliləyir. İŞİD müqavimət göstərsə də, strateji bölgünü dəyişdirməyə artıq qadir deyil. Mühasirə vəziyyətində olan şəhərdə İŞİD üzərində hərbi qələbə yalnız zamanın işidir.
    Amma…

    Muxalifet - 8-08-2017

  7. “Kürdlər referendum keçirsə də kimsə tanımayacaq” – ZƏRDÜŞT ƏLİZADƏ

    Şimali İraq Kürd Muxtariyyəti bizim Dağlıq Qarabağa oxşar problemdir.
     
    Fakt odur ki, ABŞ-ın dəstəyi ilə İraq Kürdüstanında belə bir muxtariyyət qurulub. Eynilə rusların dəstəyi ilə Qarabağda, Donbasda, Abxaziyada, Dnestryanı bölgələrdə də belə qurumlar formalaşdırılıb.
    De-fakto Kürdüstan dövləti qurulsa da, de-yure onu heç bir dövlət tanımır və tanımaq niyyətləri də yoxdur. Kürdüstan yaşamaq üçün xarici qüvvələrdən, daha doğrusu, Amerikadan asılıdır.

    Muxalifet - 8-08-2017

  8. Türkmənistan prezidenti Azərbaycanda səfərdədir

    Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
     
    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
    Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

    Muxalifet - 8-08-2017

  9. 50 yaşlı kişi özünü asmaq istədi: yoldaşı son anda xilas etdi

    İmişlidə intihara cəhd olub.
     
    Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Cövdət Rüstəm oğlu Mirəliyev özünü asmaq istəyərkən son anda həyat yoldaşı tərəfindən xilas edilib.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 8-08-2017

  10. Azərbaycan idmançısı dünya çempionatının finalında

    Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının dördüncü günü Azərbaycan idmançılarının start xəttinə çıxması ilə əlamətdar olub
     
    Kişilərin üçtəkanla uzunluğa tullanma yarışında 2 idmançımız qüvvəsini sınayıb.

    Muxalifet - 8-08-2017

  11. Kürdə batan şəxsin meyiti tapılıb

    Kür çayında batan şəxsin meyiti tapılıb.
     
    Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, avqustun 6-da Kür çayının Ağstafa rayonu, Qıraq Kəsəmən qəsəbəsindən keçən hissəsində batmış 1996-cı il təvəllüdlü Babayev Fayaz Haqverdi oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

    Muxalifet - 8-08-2017

  12. Tanınmış şairin vəziyyəti pisləşdi - "VAQİF MÜƏLLİM QATARIN AÇILMASINI GÖZLƏYİR..."

    "Vaqif müəllimin durumu açığını desək, yaxşı deyil. Beyni ilə bağlı problemlər azalıb. Amma ürəyinə hələlik heç bir müdaxilə olunmayıb. Ürəklə bağlı sadəcə, bir neçə dərman atır”.
    Bunu tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.

    Muxalifet - 8-08-2017

  13. “Qarabağı azad etməyə Surət Hüseynov imkan vermədi” - SƏRDAR CƏLALOĞLU

    Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat” qəzetinə ölkə daxilində və ətrafında baş verən hadisələrdən, cərəyan edən proseslərdən danışıb.
     
    - Sərdar bəy, müxalifət “böhran dənizi”ndə üzür. Sanki 14 aydan sonra prezident seçkiləri keçiriləcək ölkənin müxalifəti deyil...

    Muxalifet - 8-08-2017

  14. Pentaqondan hərbi bazalara əmr: DRONLARI VURUN!

    Pentaqon ABŞ-ın 130-dan çox hərbi bazasına xüsusi əmr göndərərək təhlükə törədən özəl və kommersiya təyinatlı dronları vurmağa icazə verib. 
     
    Reuters”-in verdiyi xəbərə görə, Amerika hərbi komandanlığı hərbi baza və hava limanlarına çox yaxın uçan özəl dronların çoxalmasından ciddi narahatlıq keçirir. Bu ilin aprelində təhlükənin artması səbəbilə ABŞ hərbi bazaları üzərində bütün növ dronların uçuşu qadağan edilib. 

    Muxalifet - 8-08-2017

  15. Erməni generalın prokurora məktubu ələ keçirildi — ŞOK MƏTN + FOTOFAKT

    Panikada qaçan erməni ordusu-qondarma komandan qondarma baş prokurora məktub yazıb.
     
    Erməni ordusunda son dövrlər hərbi xidmətdən yayınma, postu özbaşına qoyub aradan çıxma halları kütləvi hala çevrilib.
    Ermənilər əvvəlcə bu halların üstünü ört-basdır etmək istəsələr də, artıq vəziyyət nəzarətdən çıxmaq üzrədir. Heç də təsadüfi deyil ki, qondarma respublikanın müdafiə ordusunun komandanı Levon Mnatsakanyan qondarma respublikanın qondarma baş prokuroruna məktub yazıb.

    Muxalifet - 8-08-2017

  16. 4 gün iş olmayacaq

    Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.
     
    Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.
    Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

    Muxalifet - 8-08-2017

  17. Sumqayıtda qadın zorlanarkən öldürülüb - TƏFƏRRÜAT

    Sumqayıt şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
     
    1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb. S.Bayramovanın meyitini orada qoyub qaçan F.Nuriyevi polislər saxlayıb.
    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

    Muxalifet - 8-08-2017

  18. Gələn il neftin qiyməti 45 dolları keçməyəcək - PROQNOZ

    Proqnoz: Neft bazarındakı disbalans 2018-ci ildə daha da artacaq
     
    "Brent" markalı neftin qiymətinin bir neçə dəfə 53 dollar/barel həddini keçə bilməməsi qiymətlərdə korreksiya riski yaradıb. "Forexpf.ru" saytı xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "JPMorgan" bankının analitikləri bildiriblər.

    Muxalifet - 8-08-2017

  19. Qazaxıstanlı iş adamı Bakıda öldü

    Qazaxıstanlı iş adamı Bakıda qəflətən ölüb.
     
     “Bakı Taxıl Terminalı” MMC-nin idarə heyətinin sədr müavini Rafi Kubeysinov Yasamal rayonu ərazisindəki evində hamam otağında qəfil dünyasını dəyişib. Onun yüksək təzyiqdən öldüyü bildirilir.
     Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 8-08-2017

  20. ABŞ-ın sanksiyaları Avropanı Rusiya qazından məhrum edə bilər

     “ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi Avropanın qaz bazarında qeyri-müəyyənliyi artırır. Bununla da təbii qaz təchizatının pozulması riski artacaq, enerji qiymətlərinin artımı üçün şərait yaranacaq”.
     
    Rusiya KİV xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyinin ekspertləri məlumat yayıb.

    Muxalifet - 8-08-2017

Pages