Lavrov və Tillerson sanksiya sonrası durumu danışıblar

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson  telefon danışığı zamanı ili ölkə arasındakı münasibətlərdə son vəziyyəti müzakirə ediblər.
 
 “Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir. 
 Tərəflər 6-8 avqust tarixlərində Manilada keçiriləcək ASEAN-ın təhlükəsizlik üzrə forumu çərçivəsində baş tutacaq görüş zamanı Rusiya-ABŞ münasibətlərinin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin perspektivlərini və ikitərəfli əlaqələrin hazırkı vəziyyətini hərtərəfli müzakirə edilməsinə dair razılığa gəliblər”, - deyə məlumatda bildirilir.