Bakıda yük maşını 9 avtomobili ƏZİB - FOTO - YENİLƏNİB

Qəza Ziya Bünyadov prospektində yerləşən tuneldə baş verib
 
Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində 10 maşının iştirakı ilə baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
Qəza nəticəsində "99-GB-821" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu və "99-GV-549" dövlət qeydiyyat nişanlı "Opel"in sürücüsü Zeynalov Zeynal, onun həyat yoldaşı Abdullayeva Könül və 5 yaşlı qızı Zeynalova Nuranə müxtəlif bədən xəsarətləri alaraq Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Qəza yüksək sürətlə hərəkətdə olan "Shacman" markalı yük maşınının prospektdə yerləşən tuneldə 1 yük maşını və 8 minik avtomobili ilə toqquşması nəticəsində baş verib.
Ziya Bünyadov prospektində maşınların hərəkəti bərpa edilib./REPORT
***23:49
Bakının Nərimanov rayonu ərazisində xəsarətlə nəticələnən zəncirvari yol qəza baş verib
Ziya Bünyadov prospektində yerləşən tuneldə "Shacman" markalı "99-EJ-717" dövlət qeydiyyat nişanlı yük maşını 1 yük ("Shacman") və 7 minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan biri "Hundai" markalı minik avtomobilinin sürücüsü olan Ruslan adlı şəxsdir. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Hazırda Ziya Bünyadov prospektinə giriş-çıxış bağlanıb.