Xızıda qadın özünü avtobusdan ataraq İNTİHAR ETDİ

Baxış sayı:
3235

Xızı rayonunda orta yaşlı qadın özünü sərnişin avtobusundan ataraq intihar edib.

"Report"un yerli bürosu məlumat verir ki, təqribən 40-45 yaşlarında olan qadın özünü hərəkətdə olan avtobusdan atıb. Qadın aldığı xəsarətlərdən vəfat edib. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.