BİLƏCƏRİDƏ ŞOK OLAY: Keçmiş məhkum qohumunu ayağından güllələdi

Baxış sayı:
31395

Avqustun 29-da saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyevin topuq nahiyəsindən xəsarət alması barədə polisə məlumat daxil olub. 
Muxalifet.az xəbər verir ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi və Qobustan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb və  ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb. 
Faktla bağlı araşdırma aparılır.