Keçmiş məhkum saxlanıldı, üzərində narkotik, avtomobilində silah aşkarlandı - BAKIDA ƏMƏLİYYAT

Baxış sayı:
3803

Paytaxtın Binəqədi rayonu ərazisində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Namazov şübhəli şəxs qismində saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, ondan metamfetamin aşkar olunub.

Bundan əlavə, M.Namazovun “Mercedes” markalı avtomobilinə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və 7 ədəd patron da aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.