Keçmiş məhkum özündən 20 yaş kiçik arvadını qətlə yetirib - TƏFƏRRÜAT

Baxış sayı:
57622

Yevlax şəhərində törədilmiş qətlin bəzi təfərrüatları məlum olub.

Muxalifet.az report-a istinadən xəbər verir ki, Yevlax şəhər, Elçin Ağayev küçəsində yerləşən fərdi evlərin birində 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovaya 10-dan çox bıçaq xəsarəti yetirilib, qadın hadisə yerində dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürovdur. O, hadisədən sonra özünə də bıçaqla xəsarət yetirərək intihara cəhd edib.

V.Şükürov xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, ailənin 2 övladı var. L.Şükürova Yevlaxdakı orta məktəblərin birində xadimə işləyirmiş. V.Şükürovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***18:59

Yevlax rayonunda 1984-cü il təvəllüdlü Şükürova Ləman Yolçu qızının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Muxalifet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Şükürov Vəli Mətləb oğlu sonra özünə də kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.