“Tesla”nın elektromobilləri dil açıb danışacaq! - Fantastika gerçək olur

Baxış sayı:
2673

Amerikalı sahibkar İlon Mask çox yaxın bir zamanda avtomobillərin piyadalarla danışacaqlarını söyləyib.

İlon Maskın rəhbərlik elədiyi “Tesla” şirkətinin istehsal elədiyi elektrokarlar (elektrik avtomobilləri) piyadalara dinamik vasitəsilə müraciət etmək funksiyası ilə təchiz ediləcək.

O, elektromobillərin yeni imkanlarını müjdələyərkən deyib: “Tezliklə avtomobillər insanlarla danışacaq”.

Lakin sahibkar bu funksiyanın konkret vəzifəsinin nə olduğunu açıqlamayıb.

Hurriyyet.org