SON DƏQİQƏ: ABŞ müttəfiqi Səudiyyə Ərəbistanı 8 ərəb ölkəsindən ibarət yeni birlik yaratdı-İrana ya Türkiyəyə qarşımı?

Baxış sayı:
3283

Səudiyyə Ərəbistanının "Əl-İhbariyye" kanalının xəbərinə görə, Qırmızı dəniz və Ədən körfəzi ölkələri; Səudiyyə Ərəbistanı, Sudan, Cibuti, Somali, Eritreya, Misir, Yəmən və İordaniya xarici işlər nazirləri Ər-Riyadda görüşdü və "Qırmızı dəniz və Ədən körfəzindəki Ərəb və Afrika ölkələri Şurası" nın təsis müqaviləsinin imzalandığını elan etdi.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan, toplantıdan sonra verdiyi açıqlamada, "Qırmızı dəniz və Ədən körfəzindəki Ərəb və Afrika ölkələri Şurası" nın yaradılması razılaşmasının imzalandığını və bu məclisin mərkəzinin Ər-Riyad olacağını söylədi.
ORTAQ İŞ SİSTEMİ
Bin Fərhan, yeni bir ittifaq üçün ortaq hərbi qüvvənin yaradıldığı ilə əlaqədar fikirlərin səhv olacağını, üzv ölkələrin müdafiə gücünə və ikitərəfli koordinasiyaya sahib olduğunu, bunun ortaq müdafiəyə çevrilə biləcəyini söylədi.
Səudiyyəli nazir, Şuranın, bölgədəki artan çətinliklərin kölgəsində təhlükəsizlik və sabitliyi qorumaq, qarşıya çıxan təhlükələrlə mübarizə üçün, həyati vacib su yolu mövzusunda, məsləhətləşmə və koordinasiyanın məqsəd olduğunu söylədi. Bin Fərhan çox həssas bir mərhələdən keçildiyini və əməkdaşlığın gücləndirilməli olduğunu qeyd edərək, yeni Şuranın ortaq iş sisteminə, baş katibliyə, iclaslar və sammitlərə sahib olacağını bildirdi. Bin Fərhan, Şuranın koordinasiya və əməkdaşlıq üçün fərqli təşəbbüs olduğunu ifadə etdi, Körfəz Əməkdaşlıq Şurası kimi təşkilat olmadığını vurğuladı.
ZİRVƏ ÇAĞIRIŞI
Səudiyyə naziri Bin Fərhan, Kral Salman bin Əbduləzizin Qırmızı dəniz və Ədən körfəzi ölkələrin liderlərini tezliklə zirvə görüşünə çağıracağını söylədi.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının kralı Salman "Qırmızı dəniz və Ədən körfəzindəki Ərəb və Afrika ölkələri Şurası" nın qurulması və müqavilənin imzalanması münasibətilə təbrik ünvanladı.
2018-ci ilin dekabrında Ər-Riyadda baş tutan görüşdə Səudiyyə Ərəbistanı Qırmızı dəniz və Ədən körfəzindəki ölkələrlə "regional birlik" təklif etmişdi. Görüşdə Səudiyyə Ərəbistanı, Misir, Cibuti, Somali, Sudan, Yəmən və İordaniya iştirak etmişdi.
Muxalifet.az