Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb
13-01-2026 00:36
Baxış sayı:
172

İran hakimiyyəti ölkədə baş verən etirazları etiraf edib və nümayişçilərlə dialoqa başlayıb.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə şəxsən görüşüb.
“Hökumət etirazları qəbul edib və etirazçıların nümayəndələri ilə danışıqlar aparıb. Prezident isə onlarla birbaşa görüşüb”, – deyə nazir qeyd edib.




















