“Tarqovu”da məşhur restoranın tavanı uçdu - YARALANAN VAR

Baxış sayı:
223

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən “Bonte” restoranının tavanı uçub.

Muxalifet.az Gununsesi.info-ya istinadən xəbər verir ki, hadisə nəticəsində işçilər xəsarət alıb.

Restorana çağırılmış Təcili Tibbi Yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başlarına tikiş qoyulub.

Sayt hadisə ilə bağlı “Bonte”nin sahibi ilə əlaqə saxlaya bilməyib, lakin restoranın administratoru Sani Quliyev faktı təsdiq edib. O bildirib ki, tavanın çökməsi nəticəsində 1 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.