TRAMP–Sİ TOQQUŞMASININ PƏRDƏARXASI... - Çin dünya hökmranlığı iddiasını masaya qoydu, böyük həmləyə hazırlaşır

Baxış sayı:
258

Dolların yerinə kriptovalyutanı yeni dünya rezerv valyutasına çevirmək üçün bircə addım qalır

Namiq Bilal

Çin ABŞ-yə qarşı ən güclü silahını işə saldı. Rəsmi Pekin nadir torpaq metallarının ABŞ-yə göndərilməsinə qadağa qoydu. Bu metalların bütün dünya üzrə istehsalının 92 faizi Çin Xalq Respublikasının (ÇXR) payına düşür. Birləşmiş Ştatlar da öz ehtiyacının 70 faizini məhz Çindən tədarük edir. Nadir torpaq metalları (bu sıraya 17 metal daxildir) müdafiə sənayesindən tutmuş yüksək texnologiyalı bütün istehsal sahələrində vazkeçilməz zərurətdir.

Pekin bir qədər də irəli gedərək bütün dünya ölkələrindən tələb edir ki, hər hansı ölkədə Çin metallarından yararlanmaqla istehsal olunan bütün məhsulların üçüncü ölkələrə satışı yalnız ÇXR-in icazəsi ilə ola bilər. Deməli, qadağa təkcə ABŞ-ni deyil, bütün dünyanı əhatə edir. Çinin bu qərarı qlobal miqyasda böyük təlatümlərə start verib. Tramp Çinə 100 faiz gömrük rüsumu elan edib, neftin və kriptovalyutaların qiyməti sürətlə düşür, birjalar çökür.

Nadir torpaq metallarını “XXI əsrin nefti” adlandırırlar. Ötən əsrdə neftə nəzarət edən güc dünyaya nəzarət edirdi. Ötən əsrin yetmişinci illərində ABŞ ilə Səudiyyə Ərəbistanı arasında bağlanan “Petro-dollar” sazişi Birləşmiş Ştatların dünya hökmranlığını möhkəmləndirən əsas amil olmuşdu. Dünya dəyişib və yeni dünyanın yeni “nefti” nadir torpaq metallarıdır.

Dolları hamı Amerika valyutası olaraq bilir. Bu, əlbəttə, belədir. Amma Amerika Mərkəzi Bankı olan Federal Rezerv Sisteminin (FED) strukturunu incələdikdə məlum olur ki, FED, əslində, bir neçə böyük ailənin mülkiyyətidir. Yəni FED ABŞ dövlətinin deyil, bir neçə böyük yəhudi ailəsinin başçılıq etdiyi qrupun mülkiyyətidir. FED bir səhmdar cəmiyyətidir və bu cəmiyyəti yaradan səkkiz regional rezerv bankının səhmlərinin əsas hissəsi həmin ailələrin əlindədir. Bu ailələr dünyanın fövqəladə qüdrətə sahib olan qlobalçılar şəbəkəsini və ABŞ Demokrat Partiyasını yönəldirlər. Başqa sözlə, “Petro-dollar” sistemi qlobalçıların dünyanı yönləndirmək üçün istifadə etdikləri əsas mexanizmdir.

Köhnə dünya düzəni dağılırsa, deməli, ilk növbədə həmin düzənə yön verən “Petro-dollar” sistemi çökür. ABŞ-nin 37 trilyon dolları aşan borcu yaranıb və üzərində oturduğu dəyərlər sistemi dağılıb. Belə ağır yük Amerikanı oturduğu dünya hegemonu taxtından salır. Bunu bütün tərəflər qəbul edir. 

Köhnə düzən dağılırsa, buna paralel olaraq yeni düzən qurulur. Çinin nadir torpaq metalları ilə bağlı verdiyi qərar bu istiqamətdə atılmış ən böyük addım sayıla bilər. XX əsrin neftini XXI əsrin nadir torpaq metalları əvəz edir və bu metalların istehsalının 92 faizi ÇXR-in əlindədir. Deməli, dünya hegemonluğu taxtında ABŞ-nin yerini Çinin tutacağı və “Petro-dollar” sisteminin əvəzinə yeni maliyyə mexanizminin qurulacağı ehtimalı yetərincə böyükdür.

Bir qədər geri qayıdaq. Cəmi qırx il əvvəl Çin geridə qalmış, çox kasıb aqrar-sənaye ölkəsi idi. Çox qısa müddətdə ÇXR-in belə böyüməsinin “sirləri” barədə çox yazılıb. Hamının bildiyi sirr belədir: dünyaya yön verən qlobalçı qruplar çox böyük və çox ucuz işçi qüvvəsinə sahib olan Çini dünya fabrikinə çevirdilər. Bunun üçün Çinə ağlagəlməz ölçüdə böyük kapital qoyuldu, texnologiyalar transfer edildi, Qərbdəki ən böyük istehsal və texnologiya şirkətləri Çinə daşındı. Üstəlik, qlobalçıların nəzarətində olan ən böyük logistika–nəqliyyat imkanları Çinə yönəldildi və dünyanın bütün bazarları Çin məhsullarının üzünə açıldı.

Bu sxemə Qərblilər də razı olmuşdular. Çünki işləyən çinlilər idi, qazanan isə Qərb şirkətləri. Eyni zamanda, “əl altından” Çini gələcəkdə dünya hegemonu edəcək bir proses də yürüdülürdü. Bütün dünyadakı nadir torpaq metallarının 60 faizə qədərinin Çində olduğu məlum idi. Prosesi yönəldənlər nadir metalların istehsalının 90 faizdən çoxunu Çin ərazisində cəmləşdirdilər. Belə sənayenin qurulması olduqca böyük kapital qoyuluşu və uzun illər tələb edir. Başqa sözlə, Qərblilər çox çalışsalar belə, bu məsələdə Çinlə rəqabət səviyyəsinə çata bilməzlər.

Qurulan oyunun böyüklüyü indi üzə çıxır. Böyük ehtimalla, çökməkdə olan “Petro-dollar” sisteminin yerini “Nadir torpaq metalları–kriptovalyuta” mexanizmi tutacaq. Diqqət yetirək: dünyanın yeni rezerv valyutası kimi dolların yerinə Çin yuanı deyil, kriptovalyuta nəzərdə tutulur. Nə üçün yuan deyil, kriptovalyuta olacağının görünən simptomlarına baxaq. Başda Bitcoin olmaqla, dünya kriptovalyuta mədənçiliyinin 65–70 faizi Çində cəmləşib. Digər tərəfdən, açıq mənbələrdəki məlumatlara görə, dünya kriptovalyuta ehtiyatlarının çox böyük hissəsi (bəzi mənbələrə görə 90 faizə qədəri) qlobalçı qrupların əlindədir. Nadir torpaq metalları qlobalçıların böyütdüyü Çindədir, kriptovalyuta isə qlobalçıların öz əlində.

Məntiqə görə, dolların yerinə kriptovalyutanı yeni dünya rezerv valyutasına çevirmək üçün bircə addım qalır: nadir torpaq metallarının yalnız kriptovalyuta ilə satılacağını elan etmək. Görünən odur ki, hazırlıqlar bu istiqamətdədir. Yoxsa, hər hansı böyük səbəb olmadan Çin nə üçün ABŞ ilə böyük iqtisadi müharibəyə girsin? Ola bilsin, Çin və ABŞ bu etapda ortaq razılıq əldə edə biləcəklər. Lakin Çin yeni dünya düzəninin hansı instrumentlər üzərində qurulacağını bağıra-bağıra bütün dünyaya elan etdi. Bu böyük həmlənin nə dərəcədə uğurlu olacağını isə zaman göstərəcək.