Bu şəxslərin gəliri 4 milyarddan artıq insanın ümumi sərvəti qədərdir... - Qlobal gəlir tendensiyası getdikcə pisləşir

Baxış sayı:
332

Qlobal miqyasda sərvət bərabərsizliyi son illərin ən yüksək səviyyəsinə yüksəlib.

"Oxfam"-ın yayımladığı son hesabatda bildirilir ki, milyarderlərin sərvət artım tempi əvvəlki dövrlə müqayisədə üç dəfə sürətlənib.

Hesabata əsasən, 2025-ci ildə milyarderlərin ümumi sərvəti 16% artaraq 18,3 trilyon dollara çatıb. Eyni ildə milyarderlərin sayı ilk dəfə 3 min nəfəri keçərək tarixi rekord müəyyənləşdirib.

Qeyd olunur ki, milyarderlərin cəmi bir il ərzində sərvətlərinə əlavə etdikləri 2,5 trilyon dollar dünyada ən yoxsul 4,1 milyard insanın ümumi sərvətinə bərabərdir. Bu artım dünya əhalisinin təxminən yarısının yoxsulluq şəraitində yaşadığı, hər dörd nəfərdən birinin isə müntəzəm qidalanmada ətinlik çəkdiyi bir dövrdə baş verib.

Hesabatda həmçinin vurğulanır ki, “Tesla” və “SpaceX” şirkətlərinin icraçı direktoru İlon Mask 500 milyard dollardan artıq xalis sərvətə sahib olan ilk şəxs kimi tarixə düşüb.

"Oxfam" bildirir ki, mövcud tendensiya davam edərsə, qlobal gəlir və sərvət fərqləri daha da dərinləşəcək və sosial-iqtisadi gərginliklər artacaq.