İrandakı etirazlarda ölənlərin sayı 544 nəfərə çatıb
12-01-2026 09:54
Baxış sayı:
157

İranda ümummilli etirazlar zamanı ən azı 544 nəfərin həlak olduğu təsdiqlənib.
Bu barədə "Report" HRANA informasiya agentliyinə istinadən xəbər verir.
Təqdim olunan məlumatlara əsasən, onlarla güman edilən qurbanlarla bağlı işlər hələ də araşdırma mərhələsindədir. Bundan əlavə, on mindən çox insan həbsdən sonra həbsxanalara köçürülüb.
Etiraz aksiyaları ölkənin 31 vilayətində 186 şəhərin 585 yaşayış məntəqəsini əhatə edib.




















