BAKININ 7 RAYONUNDA SÖKÜNTÜ BAŞLAYIR - Hansı ərazilər plana düşüb? / VİDEO
16-01-2026 12:34
Baxış sayı:
121

Bakının 7 rayonunda söküntü işləri planlaşdırılır. Artıq bəzi ünvanlar da bəllidir.
Muxalifet.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntüsü nəzərdə tutulan ərazilərlə bağlı Xəzər TV-yə məlumat verib.
O deyib ki, Binəqədi rayonunda İsrafil Həşimov küçəsi 205, 2-ci mədən küçəsi, Sabunçu rayonunda Səməd bəy Mehmandarov, Suraxanı rayonunda Səttar Bəhlulzadə və Vladimir Balandin küçələrində binalar söküləcək.
Söküntüsü nəzərdə tutulan ərazilərə 18 zonanın daxil olduğu deyilir.
Vüqar Orucun sözlərinə görə, bundan başqa, qəzalı binalarla bağlı da böyük layihə baş tutacaq.
O bildirib ki, sözügedən ərazilərdə qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb.
Daha ətraflı videoda:




















