Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI
12-05-2024 12:47
Baxış sayı:
36003
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfərinin niyə baş tutmamasını izah edib.
“Bizim ABŞ-yə səfərimiz iki tərəfin uyğun olmayan qrafikləri səbəbindən təxirə salındı. Bildiyiniz kimi, tezliklə ABŞ-də seçki keçiriləcək və cənab Baydenin qrafiki daha da gərginləşib. Belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda baş verir”, - Türkiyə Prezidenti Ərdoğan Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində bildirib.
Qeyd edək ki, Ərdoğanın Vaşinqtona səfəri mayın 9-na planlaşdırılmışdı. Aprelin 26-da “Haber Global” telekanalı ABŞ-li rəsmiyə istinadən Türkiyə liderinin iş qrafikindəki dəyişikliklərlə əlaqədar səfərin ləğv edildiyini bildirib.