Melania yenə Trampın əlini tutmadı - "Uzaq dur məndən yaşlı adam!"

Baxış sayı:
12781

ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melania Tramp ilə birlikdə İngiltərəyə səfər edib. ABŞ prezidenti burada kraliça Yelizabet ilə görüşəcək.
 
Donald Tramp Birləşmiş Krallığa çatdığında bu qəribə görünüş ortaya çıxıb.
Kevin Palmerin sosial media paylaşmasında bu ifadələrə yer verilib:
"Trump: Gəl əl-ələ tutuşaq canım.
 Melania: Uzaq dur məndən yaşlı adam!"
Qeyd olunur ki, Tramp cütlüyü asfaltda gedərkən Melanianın Tramp əlini tutduqdan dərhal sonra əlini çəkdiyi görülür.
Arabella Weir ABŞ prezidentinə məxsus təyyarədən enən Trampın Melanianın əlini iki dəfə tutmağa çalışdığını, ancaq Melanianın buna icazə vermədiyini ifadə edib.
Patricia Gergelyin paylaşmasında, "Onun Melanianın əlini (yenidən) tutmağa çalışdığını və bunun təxminən 3 saniyə davam etməsini sevdim" - deyilib.
Teresa Howe "Tramp Melanianın əlini tutmağa çalışıb, Melanianın qaçışına bağlı kompleks duyğular içindəyəm. Bir az kədərlidir və Tramp adına utanc doludur, amma bir tərəfdən də xeyli əyləncəlidir. Ondan birbaşa xilas ol", deyə yazıb.
Amancay Tapia da Trampın Stanstedə endiyini, gözlənildiyi kimi qarşılanmadığını və onu şəhərə aparmaq üçün vertolyotu gözlədiyini ifadə edib.
Paylaşmada Trampın Melanianın əlini tutmağa çalışdığı, ancaq bacara bilmədiyi görünüşlər paylaşılıb, "Xoş gəldiniz cənab və xanımı" deyilib.

Müxalifət.az