Milyarderlə nahar etmək üçün 4,57 milyon dollar ödəyəcək - HƏRRAC

Baxış sayı:
8144

ABŞ-da "Glide" hərracında milyarder Uorren Baffetlə nahar 4,57 mln dollara satılıb.
 
Muxalifet.az oxu.az-a istinadla bildirir ki, alıcının adı açıqlanmır.
 
Baffet artıq bir neçə ildir ki, özü ilə nahar etmək imkanını hərracda satır. "Smith and Wollensky" restoranında baş tutan nahara alıcı özü ilə bərabər daha 7 nəfər gətirə və milyarderə istənilən sualı verə bilər.
 
Hərracda toplanılan vəsait isə San-Fransiskodakı evsizlərə yardıma göndərilir.