Milyarder özünü türmədə öldürüb, yoxsa öldürülüb? - MÜƏMMALAR ARTIR

Baxış sayı:
5553

Bu adamı “Bütün Amerikanın sutenyoru” adlandırırlar. O, artıq ölüb. Amma Cefri Epşteynin ölümü çox müəmmalıdır və az qala hər kəs onün öldürülməsindən danışır. 

40 il öncə o, adi bir riyaziyyat müəllimi olub, orta məktəbdə, Donald Barrın direktor olduğu tədris müəssisəində dərs deyib.

Sonra o, müəllimlikdən əl çəkib, elə işlərlə məşğul olub ki, milyarderə çevrilib.

Onun senatorlarla, qubernatorlarla, ABŞ-ın keçmiş və indiki prezidentləri ilə yaxın tanışlığı, dostluğu olub, onlara xidmət göstərib.

Epşteyni sutenyorluq etdiyinə, azyaşlı qızlarla cinsi əlaqədə olduğuna, onları pullu və vəzifəli kişilərə satdığına görə həbsə almışdılar. Ancaq o, məhkəməyə çıxmadan, bildiklərini danışmağa macal tapmadan öl(dürül)dü.

O, məhkəmədə məşhur və nüfuzlu adamların onun daimi müştərisi olduqlarını, pedofillik etdiklərini deməyə, adlar çəkməyə məcbur olacaqdı. Amma Epşteyn bunu edə bilmədi.

Onun öldüyü gecə təcridxananın kameraları söndürülmüş olub.

Özünü asan Epşteynin boynundakı sınıqların çoxluğundan şübhələnən həkim ekspertlər bu xəsarətlərin başqaları tərəfindən boğulma zamanı yarandığını deyiblər.

Bu qədər nüfuzlu (prezident, qubernator, senator) dostu olan şəxs son ana qədər qurtulacağına ümid bəsləyər və depressiyaya düşməzdi ki, özünü assın. Üstəlik, hazırkı ədliyyə naziri onun keçmiş direktoru Donald Barrın oğlu Uilyam Barrdır. Bütün bunlar Epşteynin bu “sutenyorluq və zorlama işi”ndə sıyrıla biləcəyini göstərirdi.

İndi prezident Tramp Epşteynin ölümündə Klintonların əlinin olduğunu bəyan edir. Ancaq onun hələ uzun illər öncədən Epşteyləı dostluq etdiyini, oturub-durduğunu, birlikdə gənc qızlarla əyləndiklərini göstərən şəkillər var.