Komandası uduzdu deyə futbolçu öldü
26-06-2018 13:47
Baxış sayı:
3787

Misirin və "Zemalek"in sabiq futbolçusu Abdurrahim Muhammed Səudiyyə Ərəbistanının son dəqiqədəki qolundan sonra ürəktutmasından vəfat edib.
Dövlət televeziyası Özəl Kanallar Bölməsinin başqanı Üsame Behnesi mətbuata açıqlamasında, veteran futbolçunun oyuna baxarkən ərəblərin son dəqiqədə vurduğu qola görə həyəcan keçirərək ürəktutmasından öldüyünü bildirib. Mətbuatda yazılanlara əsasən Muhammed xəstəxanaya aparılsa da, orda həyatını xilas etmək mümkün olmayıb.
Rusiyada baş tutan DÇ-2018-də A qrupunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Misir son dəqiqədə qapısından qol buraxaraq meydançadan 1:2 hesablı məğlubiyyətlə ayrılmışdı.