Ən güclü zərbəni Mahir Emreli vurub
4-01-2025 17:44
Baxış sayı:
1081
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" futbolçularının qış fasiləsinə qədər olan bəzi statistik göstəriciləri açıqlanıb.
Zərbənin sürəti və gücü ilə bağlı göstəricidə Mahir Emreli də fərqlənib.
O, 2-ci bundesliqa oyunlarının birində topu 118,1 km/saat sürətlə vurub. Bu, mövsümün ilk yarısında "Nürnberq" futbolçuları arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, M.Emreli bu mövsüm Almaniya klubunun heyətidə bütün turnirlərdə 13 matçda meydana çıxıb, 4 qol vurub, 1 qolun isə ötürməsini verib.