​Bu balaca adada milyonlarla pinqvin yaşayır… - VİDEO

Baxış sayı:
2650

Alimlər Antarktidanın az öyrənilmiş ərazisində 1,5 milyon pinqvinin olduğu adanı aşkarlayıblar.
Bu barədə "Scientific Reports" məlumat yayıb.
Məlumata görə, pinqvinlərin miqrasiya yolunu araşdıran alimlər həmin heyvanların bu miqdarda sayını Deyncer adalarında aşkarlayıblar. Tədqiqatçılara bu tapıntıda kosmosdan aparılan çəkilişlər də kömək edib.
Bildirilir ki, ərazidə heyvanların 750 min yuvası tapılıb.