“Bir ildə 4 dəfə...” - Qurbanov “avtoşluq” edən futbolçusunu bağışladı

Baxış sayı:
4744

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin III turunun APOEL-lə oyunu öncəsi mətbuat konfransı keçirib. “Yeni Sabah” xəbər verir ki, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Hər birinizi salamlayıram. Hər oyun vacibdir. Onlardan biri də sabahkı matçdır. Hamımız qələbə gözləyirik. Hər bir halda intizamlı oynamağa çalışacağıq. Pis hazırlaşmamışıq. Ən yaxşı oyunlardan birini oynamaq istəyirik.
- Mahir Emreli və Xayme Romero sabahkı oyuna tam hazırdır?
- Bəli, Mahir komanda ilə məşqlərə başlayıb. Xayme də həmçinin. Ancaq hər bir halda sabaha kimi vaxtımız var və qəti qərarı sabah səhər məşqindən sonra verəcəyik. Ancaq 18l-ikdə olma ehtimalları çoxdur.
- Araz Abdullayev sabah heyətdə olacaq?
- Araz da 18-lik-də olacaq.
- Üç ay əvvəlki APOEL-lə indiki arasında çox fərq var?
- Keçən dəfə yeni baş məşqçi gəlmişdi və üstün cəhətləri o idi ki, komanda istəkli idi. Biz onların istəkli olmalarından narahat idik. Bir də bizə qarşı hansı oyun üslubunda oynayacaqlarını bilmirdik. Bakıda başqa oyun üslubunda oynamışdılar. Bizim üçün asan olmamışdı. İndi daha çox bir yerdə idilər, baş məşqçinin dediklərini anlayırlar. Tomas Dollun gəlişindən sonra daha təcrübəli olublar. Biz hər bir çətinliyə hazır olmalıyıq.
- Sizcə, “Qarabağ”ın qrupdan çıxmaq ehtimalını neçə faizdir?
- Faizlə demək istəməzdim. Qrupda əvvəlki turdakı nəticələri də gördünüz. APOEL-in evdə uduzmasını heç kim gözləmirdi. Böyük ehtimal, son oyuna qədər mübarizə gedəcək. Hər üç komandanın qrupdan çıxmaq ehtimalı var. Ona görə də faizlə nəsə deməyim düzgün olmaz.
- Avrokubokda eyni komanda ilə üçüncü dəfə qarşılaşmaq psixoloji cəhətdən nə dərəcədə çətindir?
- Psixoloji cəhətdən üstün cəhətləri var. Mənfi tərəfləri də var. Hər iki komanda üçün heç də asan olmayacaq. Həm biz, həm də APOEL bir-birimizi daha yaxından tanıyırıq. Bu oyun çox istəkli olmalıyıq. Bizim öz oyun üslubumuz var və bunu daima yaxşılaşdırmağa çalışırıq. Hətta çempionat da dörd dövrədir. Bir ildə dörd dəfə eyni rəqibə qarşı oynamaq da olur. Bizdən asılı olmayan səbəblərdir. İstədiyimiz nəticəni əldə etmək üçün işimizə ciddi yanaşmalıyıq. (Sportinfo)
Xatırladaq ki, Q. Qurbanov bir neçə gün əvvəl “avtoşluq” görüntüləri əks olunan videonu sosial şəbəkədə paylaşan futbolçusu Araz Abdullayevi cəzalandıraraq heyətdən kənarlaşdırmışdı. Bu səbəbdən də yarımmüdafiəçi Premyer Liqanın son turundakı “Qəbələ” ilə oyunda “Qarabağ”a kömək edə bilməmişdi. Görünür, Araz bağışlanıb ki, baş məşqçi onu 18-lik heyətə qaytarır.