52 yaşlı kişi araqdan zəhərlənib öldü

Bakıda ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.
 
 Lent.az xəbər verir ki, Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Qurbanov Aydın Rasim oğlu spirtli içkidən (araq) zəhərlənmə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 Bildirilir ki, 52 yaşlı A.Qurbanov qeyri-sağlam həyat tərzi sürürmüş, faktla bağlı araşdırma aparılır.