Araz çayında 1 nəfər batıb

Vətəndaşın axtarışına başlanılıb
 
Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfər batıb.
Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək./report