Vəkil Aslan İsmayılovun həbsi tələb edildi

İş adamı Mürvət Həsənli vəkil Aslan İsmayılovun həbs olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
 
İş adamı Səbail rayon Məhkəməsinə göndərdiyi şikayətində Aslan İsmayılovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Səbail rayon Məhkəməsi şikayəti icraata götürməkdən imtina edib. İş adamı qərardan apelyasiya şikayəti verib. Şikayət üzrə məhkəmə prosesi iyulun 11-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.
Tanımış vəkil Aslan İsmayılov mətbuata açıqlamasında iş adamı Mürvət Həsənlinini MTN-nin adamı kimi qələmə verib. İş adamı isə bunu böhtan adlandırıb.